Siracuddin İbn Adil əl-Hənbəli -rahiməhullah- təlif etdiyi təfsir kitabında dedi:


إنَّ القرآن لمَّا دلَّ على إثْبَات اليد للَّه آمنَّا باللَّه ، والعقْل دلَّ على أنَّه يمتنع أن يكون يدُ الله عبارة عن جِسْم مخْصُوصٍ وعضو مُرَكَّب من الأجزاء والأبْعَاض آمنَّا به ، فأمَّا أنَّ اليد ما هي وما حَقِيقَتُهَا ، فقد فَوَّضْنَا مَعْرِفَتَها إلى الله تعالى ، وهذه طَرِيقَةُ السَّلَفِ 


"Qurani Kərim, Uca Allahın yəd (sifətinin) isbatına dəlalət etdiyi zaman, biz Allaha iman etdik. Ağıl da, Allahın əlinin  xüsusi bir cismi, həmçinin hissələr və parçalardan ibarət olan bir orqanı ifadə etməsinin mümkünsüzlüyünə dəlalət etdiyi zaman, buna iman etdik. Ancaq əl (yəd sifəti) nədir, onun həqiqəti nədir məsələsinə gəldikdə isə, biz onun barəsində bilgini Uca Allaha təfvid etdik. Məhz bu da, sələfin yoludur."


(əl-Lubəb fi ulumil kitəb:1/1826)