İmam İbn Batta əl-Hənbəli -rahiməhullah- (hic 304-387) əl-İbənə adlı kitabında xəbəri sifətlər barədə gələn nəqilləri qeyd etdikdən sonra dedi:
فكل هذه الأحاديث وما شاكلها تمر كما جاءت لا تعارض ولا تضرب لها الأمثال ولا يواضع فيها القول فقد رواها العلماء وتلقاها الأكابر منهم بالقبول لها وتركوا المسألة عن تفسيرها ورأوا أن العلم بها ترك الكلام في معانيها
“Bütün bu və buna bənzər olan hədislərin üzərindən gəldiyi kimi keçilir. Həmin xəbərlərdən hər hansı biri digər sözlərlə qüvvədən salınmır, habelə oxşadılmır (digəri ilə müqayisə edilmir) və onun barədə bir söz ortaya qoyulmur. Artıq alimlər onu rəvayət etmiş və böyük imamlar onu onlardan məmnuniyyətlə qəbul etmişlər. Onlar həmin xəbərlərin açıqlaması barədə sualı tərk etmişlər və onun barədə elmin, onun mənaları barədə danışmağı tərk etmək olduğunu etiqad etmişlər.”
(Əş-Şərhu val ibənə an usulid diyənə:112-ci səh. Bə`bu-s-sıfətil xəbəriyyə)