Hənbəli imamları fiqh kitablarında uşağa əxlaqsız, müşrik, axmaq, şərli və bunlara bənzər qadınların südünü əmizdirməyin, habelə heyvan südünu əmizdirməyin məkruh olduğunu qeyd etmişlər. Onlar bəzi yerlərdə bu məsələyə dair varid olan əsərləri qeyd etmişlər. Bəzi yerlərdə mövcud olan qüsurun südəmər uşağa keçəcəyindən qorxulduğunu qeyd etmişlər. Heyvan haqqında isə, heyvanın kütbeyinliyi uşağa keçməsin deyə, bunun məkruhluluğunu demişlər.


İmam Musa əl-Həccəvi -rahiməhullah- təlif etdiyi "əl-İqna" kitabında dedi:


فإنه يقال: الرضاع يغير الطباع


"Deyilir ki, süd əmmək insanın təbiətini dəyişir."


İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- həmin kitaba şərhində dedi:


و يؤيده ما سبق في الحديث، بل يكاد ان يكون محسوسا


Qeyd edilən sözlərə hədisdə gələnlər güc qatır. Hətta bunu duymaq heç də, mümkünsüz deyil."