Uca Allah Qurani Kərimdə buyurur:
{ إنَّمَا ٱلصَّدَقَٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَٰكِينِ وَٱلْعَٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةً مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ }
"Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, kasıblara, zəkatı yığıb paylayanlara, ürəkləri (İslama) isinişib bağlanmaqda olanlara məxsusdur. Habelə azad ediləcək kölələrə, borclulara, Allah yolunda cihad edənlərə və müsafirlərə (yolçulara) verilir. Allah Biləndir, Müdrikdir!" (ət-Təubə:60)
Məzhəbin qaydası: Əgər bir adam yoxsulluq, və ya kasıblıq, və ya zəkat yığmaq və ya qəlblərin İslama isidilməsi yönündən zəkat malından götürərsə, həmin mal onun mülkiyyətində sabit olacaq. Belə olan halda, həmin şəxs digər malı kimi zəkat malını istədiyi şeylərə yaxud yönlərə xərcləyəcək.
Çünki Uca Allah həmin ayədə bu dörd qism insanlara zəkatı, mülkiyyəti ifadə edən (əl-ləm) ədatı ilə izafət etmişdir. (Lil-fuqara, və-l-məsəkin, və-l-amilinə aleyhə, va-l-muəlləfətil qulub).
Ancaq əgər qeyd olunan səbəblərdən deyil digər səbəblərdən ötrü zəkatı götürərsə, bu halda yalnız götürdüyü səbəb üçün zəkat pulundan xərcləyəcək və əlavə gələn hissəni geri qaytaracaq. Çünki bu hallarda zəkat malı hər bir yöndən onun mülkiyyətinə keçmir və sadəcə götürdüyü səbəbdən ötrü maldan xərcləmək imkanı qazanır. Misal üçün borclu insan zəkat pulundan götürüb borcunu ödəyir. Borcu ödədikdən sonra yerdə qalan pulu geri qaytarır. Habelə yolda qalan müsafir yurduna çatmaq üçün zəkat pulundan götürür və yerdə qalan pulu geri qaytarır. Çünki Uca Allah digər dörd qism insanlara zəkat malını (əl-bə) ədatı ilə izafət etmişdir. Həmin ədat isə zərfliyi ifadə edir. Yəni insanın durumu ilə bağlılıq ortaya çıxır. (va fi-r-riqabi, val-ğariminə, va fi səbililləhi, va-bnis-səbili)
(Bax: Kəşşəful qinə': 2/190)