Alləmə İbn Ləhhəm əl-Hənbəli -rahiməhullah- təlif etdiyi əl-Muxtəsar adlı üsul kitabında dedi:


مسألة: في القرآن المحكم و المتشابه، و للعلماء فيها أقوال كثيرة  , الأظهر: المحكم: المتضح المعني، و المتشابه: مقابله، لاشتراك أو إجمال أو ظهور تشبيه، و لا يجوز أن يقال: في القرآن ما لا معني عند عامة العلماء، و فيه ما لا يفهم معناه إلا الله تعالى عند الجمهور

    

Məsələ: Quranda möhkəm və mütəşabih olan vardır. Alimlərin buna dair bir çox sözləri vardır. Üstün olan görüş: Möhkəm: Mənası aydın olandır. Mütəşabih isə: Onun əksidir. Bunun belə olmasına (mənasının qapalı qalmasına) səbəb, müştərəklik yaxud yığcamlıqdır, yaxud bənzətmənin zahir olmasıdır. Həmçinin bütün alimlər qatında Quranda mənasız bir şeyin olduğunu demək icazəli deyil. Cumhur alimlərinin qatında isə, Quranda mənası anlaşılmayan yalnız Uca Allahın bildiyi şeylər vardır. (Muxtəsar fi usulul fiqh mətni)