Qiyamda durmaq iqtidarında olmayan şəxsin arxasında namaz qılmaq səhih deyil.


Yalnız xəstəliyindən sağalacağı ümid olunan məscidin təyinatlı imamı istisnadır. Onun arxasında namaz səhihdir.


Əgər qeyd edilmiş vəsfdə olan təyinatlı imam oturaq halda namazı qıldırsa, məmumlar da, müstəhəblik yönündən oturaq halda namazı qılacaqlar. Ancaq onların namazı ayaq üstə qılmaları da, icazəlidir.


Əgər imam namaza ayaq üstə (qiyamda) başlasa, və namaz əsnasında onun xəstəliyi ağırlaşdığı üçün əyləşsə, məmumlar vaciblik yönündən namazı ayaq üstə tamamlayacaqlar.