İmam ibn Qudamə əl-Məqdisi -rahiməhullah- dedi:
وتجوز الصلاة على الغائب في بلد آخر بالنية فيستقبل القبلة , ويصلي عليه كصلاته على حاضر , وسواء كان الميت في جهة القبلة أو لم يكن , وسواء كان بين البلدين مسافة القصر أو لم يكن . وبهذا قال الشافعي.
"Başqa ölkədə ölən şəxsə (cənazə namazı üçün) niyyət edərək qaib namazını qılmaq icazəlidir. Bu halda insan qibləyə yönəlir və hazır olan cənazəyə qıldığı kimi ona da, cənazə namazını qılır. Habelə istər ölən qiblə istiqamətində olsun, istərsə də olmasın, yaxud iki diyar arasında qasr məsafəsi olsun, yaxud da olmasın fərq etmir. Şafei də, bunu demişdir." (əl-Muğni:2/195)
İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:
( ويصلي على الغائب بالنية ) هذا المذهب مطلقا ( يعني سواء صُلِّي عليه أم لا ، وسواء كان له نفع عام للمسلمين أم لا ) , وعليه جماهير الأصحاب.
"Cənazə namazının niyyəti ilə qaib namazı qılınır. Mütləq olaraq məzhəb bu görüş üzərədir. Yəni, istər ölən şəxsə cənazə namazı qılınsın yaxud qılınmasın, habelə istər onun müsəlmanlara ümumi faydası olsun, istərsə də olmasın fərq etmir. Əshabın cumhuru bu görüş üzərədirlər." (əl-İnsaf:2/533)
Xülasə:
- Hənbəli məzhəbinə görə başqa ölkədə dünyasını dəyişən müsəlmana qaib namazını qılmaq icazəlidir.
- Başqa ölkədə ölən müsəlmana cənazə namazı qılınsa da, ona qaib namazını qılmaq icazəlidir.
Hənbəlilər buna Allah Rəsulunun -salləllahu aleyhi və səlləm- Nəcaşiyə qıldığı cənazə namazını dəlil gətirmişlər.