1- İnsanlar İstisqa namazına hazırlaşırlar. Onlar namaza çıxmazdan öncə isə Uca Allah onlara yağış endirir. Bu halda onlar çıxıb Uca Allaha şükr olaraq namaz qılır və Allahdan, lütfünü daha da, artırmasını diləyirlər. Çünki namaz, quraqlıq baş verdiyindən ötrü şəriətdə öz təsdiqini tapan əməldir.


2- İnsanlar İstisqa namazına çıxmağa hazırlaşmadıqları bir halda Uca Allah yağış yağdırır. Bu halda məqsədin hasil olmasından ötrü onlar namaz qılmırlar. Ancaq Allaha şükr edir və Öz lütfündən artırmasını diləyirlər.


3- İnsanlar İstisqa namazını qılmaq üçün çıxırlar, ancaq namaza başlamazdan öncə Uca Allah yağış endirir. Bu halda onlar İstisqa namazını qılırlar. Əgər yağış yağdığı ərəfədə namazda olsalar, namazı tamamlayırlar.


(Bax: Kəşşəful qinə':3/455)