İnsanın sidiyə çıxdığı vaxtda, habelə digər vaxtlarda sağ əli ilə cinsiyyət üzvünə toxunması məkruhdur.
İmam Musa əl-Həccəvi -rahiməhullah- təlif etdiyi əl-İqna kitabında məkruh əməlləri sadaladığı əsnada dedi:
ومسُّ فرجه بيمينه في كل حال
"İstənilən hallarda sağ əli ilə cinsiyyət üzvünə toxunması (məkruhdur).
İmam əl-Futuhi ibn Nəccar -rahiməhullah- dedi:
ومسُّ فرجه واستجماره بيمينه
"Sağ əli ilə cinsiyyət üzvünə toxunması və (sağ əli ilə) ayaq yolundan təmizlənməsi (məkruhdur).
Əbu Qatədənin -radiyəllahu anhu- rəvayət etdiyi məşhur hədisdə Allahın Elçisi -salləllahu aleyhi və səlləm- demişdir:
لا يمسكن أحدكم ذكره بيمينه وهو يبول، ولا يتمسح من الخلاء بيمينه
"Sizlərdən biri sidiyə çıxdıqda öz cinsiyyət üzvünü (zəkərini) sağ əli ilə tutmasın və ayaqyolundan təmizləndikdə (övrət yerinə) sağ əli ilə toxunmasın!"
İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- yazdığı Kəşşəful qinə' kitabında bövl zamanı və başqa vaxtlarda kərahətin ümumi olmasını əsaslandırıb buyurdu:
وغير حال البول مثله وأولى، لأن وقت البول يحتاج فيه إلى مس الذكر، فإذا نهى عن إمساكه باليمين وقت الحاجة فغيره أولى
İnsanın sidiyə çıxdığı hal xaricində olan vaxtlar həmçinin onun mislindədir, üstəlik daha önə çəkilir. Çünki insan bövl vaxtı zəkərinə toxunmağa ehtiyac duyur.
Əgər insana ehtiyac vaxtı sağ əli ilə zəkərinə toxunmaq qadağan edilibsə, digər hallarda bunu ilk növbədə etmək (məkruhdur)."