فإن قيل: فما تقولون في نهي الإمام أحمد وغيره من الأئمة عن تقليدهم وكتابة كلامهم، وقول الإمام أحمد: لا تكتب كلامي ولا كلام فلان وفلان، وتعلم كما تعلمنا، وهذا كثيرٌ موجود في كلامهم، قيل: لا ريب أنَّ الإمام أحمد ـ رضي الله عنه ـ كان ينهى عن آراء الفقهاء، والاشتغال بها حفظًا وكتابة، ويأمر بالاشتغال بالكتاب والسنة حفظًا وفهمًا، وكتابة ودراسة، وبكتابة آثار الصحابة والتابعين دون كلام من بعدهم، ومعرفة صحة ذلك من سقمه، والمأخوذ منه والقول الشاذ المطرح منه، ولا ريب أن هذا مما يتعين الاهتمامُ به والاشتغال بتعلمه أولاً قبل غيره، فمن عرف ذلك وبلغ النهاية من معرفته -كما أشار إِلَيْهِ الإمام أحمد- فقد صار علمُه قريبًا من علم أحمد، فهذا لا حجر عليه ولا يتوجه الكلام فيه، إنَّما الكلام في منع من لم يبلغ هذه الغاية ولا ارتقى إِلَى هذه النهاية، ولا فهم من هذا إلا النزر اليسير، كما هو حال أهل هذا الزمان، بل هو حالُ أكثر الناس منذ أزمان، مع دعوى كثير منهم الوصول إِلَى الغايات، والانتهاء إِلَى النهايات، وأكثرهم لم يرتقوا عن درجة البدايات
Əgər deyilsə ki: Siz imam Əhmədin və başqa imamların, onları təqlid etməyi və onların görüşlərini yazmağı qadağan etmələri barədə nə deyirsiniz? İmam Əhməd demişdir: Mənim sözlərimi, habelə filankəsin və filankəsin sözlərini yazma, bizim öyrəndiyimiz kimi öyrən! Bu cür sözlər onların kəlamlarında çoxdur.
Deyiləcək: Heç şübhəsiz ki, imam Əhməd fəqihlərin rəyləri ilə, əzbərləmək, fəhm etmək, yazmaq və araşdırmaq yönündən məşğul olmağı qadağan edərdi. Əksinə səhabələr və tabiinlərdən sonra gələnlərin deyil məhz səhabələrin və tabiinlərin əsərlərini yazmağı, habelə bunun səhih və zəif olanını, məqbul olanı (əməl ediləni) və tərk olunan şəzz görüşləri bilməyi əmr edərdi. Heç şübhə yoxdur ki, insanların buna maraq göstərmələri və digər şeylərdən öncə ilk olaraq bunu öyrənməklə məşğul olmaları gərəkdir.
İmam Əhmədin işarə etdiyi kimi əgər biri bu bilgiyə yiyələnər və həmin bilgidə yüksəklərə çatarsa, Əhmədin elminə yaxın bir elmə sahib olar. Beləsinə bunu (yəni dəlilləri araşdırıb ictihad etməsi) qadağan deyil və deyilən sözlər (bizim iradlarımız) həmin şəxslərə yönəlik deyil.
Deyilən sözlər yalnız həmin dərəcəyə çatmayan və qeyd olunan yüksəkliyə yetişməyən və bu elmdən yalnız çox az bir şeyi anlayan kimsələrə bunun qadağan edilməsi barədədir. Bizim dönəmdə olan insanların halı belədir. Üstəlik bütün vaxtlarda əksər insanların halı məhz bu cür olmuşdur. Halbuki onların bir çoxu (elmdə) qayələrə çatdıqlarını və yüksək biliklərə yiyələndiklərini iddia etmişlər. Əslində isə onların əksəriyyəti başlanğıc mərhələsindən yüksəyə qalxmayan kimsələrdir.”
(ər-Raddu alə məni-t-təbəa ğeyral məzəhibil ərbəah:15-ci səh, libni rəcəb)
Xülasə: İmam İbn Rəcəb, ictihad dərəcəsinə çatmayan müsəlmanın üzərinə təqlidin vacib olduğunu qeyd edir və xüsusi olaraq, dörd məzhəbdən birini təqlid etməyin önəmini vurğulayır. İmam Əhmədin və digər imamların, onların görüşlərinə təqlid etməyi qadağan etmələri isə, onlar mislində olan alimlərə yönəlik sözlərdir. Yəni onların çatdığı dərəcəyə çatan müctəhidlərə yönəlik sözlərdir. Digər insanların isə müctəhid olan imamlara və alimlərə təqlid etmələri gərəkdir. Şübhəsiz ki, qeyd etdiyimiz sözlər Əhli-Sünnətin yolunda olan hər bir şəxs üçün gün kimi aydın olan bir məsələdir.