Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:
لا يجوز شرب الخمر للذة و لا لعطش و لا لغيره إلا أن يضطر إليه لدفع لقمة غص بها فيجوز إن لم يجد غيره و قال أبو حنيفة: يباح شربها للتداوي و العطش. و للشافعي فيه وجهان كالمذهبين، و له وجه ثالث تباح للتداوي دون العطش، لأنها حال ضرورة فأبيح فيها كدفع الغصة.
و لنا: ما روى أحمد بإسناده عن طارق بن سويد أنه سأل النبي صلى الله عليه و سلم و قال: إنما أصنعها للدواء، فقال: ((فإنه ليس بدواء و لكنه داء)) و بإسناده إلى أم سلمة أنه عليه السلام قال: ((إن الله لم يجعل فيما حرم عليكم شفاء)) و لأنه محرم لعينه فلم يبح للتداوي كلحم الخنزير، و العطش لا يندفع به فلم يبح بخلاف ماء نجس، فإن فيه رطوبة تدفعه.
“Həzz almaq, tədavi olunmaq, susuzluğu aparmaq üçün və digər şeylərdən ötrü şərab içmək icazəli deyil. Yalnız boğazda ilişib qalan tikəni dəf etmək kimi məcbur qalması istisnadır. Bu halda əgər digər bir vasitə tapmasa, onu qəbul etməsi icazəlidir.
Əbu Hənifə isə dedi: Tədavi olunmaq və sususluğu aparmaq üçün onu içmək icazəlidir.
İmam Şafeinin iki məzhəbdə gəldiyi kimi iki görüşü vardır. Habelə üçüncü görüşü də, vardır. Həmin görüşə əsasən tədavi olunmaq üçün onu içmək olar, ancaq susuzluğu aparmaq üçün qəbul etmək olmaz. Çünki (tədavi) zərurət halıdır. Bu səbəbdən boğazda ilişib qalan tikəni dəf etmək kimi həmin halda da, icazəli edilib.
Bizim dəlilimiz: İmam Əhməd -rahiməhullah- rəvayət edir ki, Tarib İbn Suveyd Peyğəmbərə -salləllahu aleyhi və səlləm- sual verib dedi: Mən onu (şərabı) yalnız tədavi olunmaq üçün düzəldirəm. Peyğəmbər -salləllahu aleyhi və səlləm- dedi: “O dəva deyil. O sadəcə bir dərddir.” Habelə Ummu Sələmə rəvayət edir ki, Allahın Eçisi -salləllahu aleyhi və səlləm- belə demişdir: Şübhəsiz ki, Allah sizə haram buyurduğu şeylərdə şəfa etməmişdir.”
Habelə Şərab (sərxoşedici içki) özlüyündə haram olan şeydir. Bu səbəbdən donuz əti kimi tədavi olunmaq üçün də, mübah deyil. Habelə şərab susuzluğu aparmır. Bu səbəbdən mübah edilməmişdir. Ancaq murdar su fərqlidir. Çünki həmin suyun rütubəti susuzluğu aparır.”
(əl-Minəhuş şəfiyət: 740-741)