Əsirlər boyu Əhli-Sünnət mötəzililər, fəlsəfəçilər, zındıqlar və digərlərindən ibarət olan bidət əhlinə qarşı birgə mübarizə aparmışlar. Nəhayət hicrətin beşinci əsrində Quşeyrinin fitnəsi kimi tanınan hadisə baş vermiş və sünni səflərin arasına parçalanma salmışdır. Nəticədə onlar öz oxlarını bir-birinə tuşlamışlar.
Əşarilərin məşhur tarixçilərindən biri İbn Asəkir -rahiməhullah- bu haqda buyurur:
و لم تزل الحنابلة ببغداد في قديم الدهر على ممر الأوقات تعتضد بالأشعرية على أصحاب البدع، لأنهم المتكلمون من أهل الإثبات ... فلم يزال كذلك حتى حدث الاختلاف في زمن أبي نصر القشيري
“Qədim dönəmlərdən bəri Bağdad hənbəliləri bidət əhlinə qarşı əşarilərdən dəstək alırdılar. Çünki onlar isbat əhlindən olan mütəkəllimlərdir ... Əbu Nəsr əl-Quşeyrinin dönəmində baş vermiş ixtilafa qədər hal belə davam etmişdir.” (Təbyinu kəzibil muftəri:129-cu səh)
Fitnənin baş verməsinə rəğmən bütün ölkələr və dönəmlərdə müsəlmanların böyük çoxluğu və zühur əhli olan bu firqələr Allaha vacib olan, Allaha icazəli olan, Ona nisbətdə mümkünsüz olan şeylərə dair bir etiqad üzərə olmuşlar. Onların arasında baş vermiş ixtilafların çoxu isə bidətdə və fasiqlikdə ittiham etməyi gərəkdirməyən etiqadı məsələlərin şaxələrində olmuşdur.
Şübhə yoxdur ki, hənbəli imamlarından əşarilərə rəddiyələr verən və onlara qarşı sərt sözlər istifadə edənlər və onları zəlalətdə ittiham edənlər olmuşdur. Habelə əşarilərdən hənbəliləri zəlalətdə ittiham edənlər olmuşdur. Üstəlik əşarilər ilə maturidilər öz aralarında bəzi etiqadı məslələrdən dolayı bir-birini zəlalətdə və bidətdə ittiham etmişlər.
Hənbəli imamları təfvid üzərə olduqları səbəbilə, öz kitablarında əşarilərə bu mövzularda rəddiyələr verməmişlər. Onlar əsasən təvilin haram olması, kəlam sifəti, habelə ucalıq sifəti kimi bəzi mövzularda onlarla dartışmışlar.
Bütün bunlara rəğmən hənbəli imamları qatında mötəməd və mötəbər olan görüş, əşari və maturidi etiqadına mənsub olan müsəlmanların Əhli-Sünnət tayfalarından olmalarıdır. Bir sıra hənbəli alimləri bunu təlif etdikləri etiqad kitablarında bəyan etmişlər:
Abdul-Baqi əl-Məvahibi əl-Hənbəli -rahiməhullah- təlif etdiyi “əl-Aynu val əsər fi aqaidi əhlil əsər” adlı məşhur etiqadı mətində buyurdu:
طوائف أهل السنة ثلاثة: أشاعرة، و حنابلة، و ماتريدية، بدليل عطف العلماء الحنابلة على الأشاعرة في كثير من الكتب الكلامية و جميع كتب الحنابلة.
“Əhli-Sünnət tayfaları üçdür: Əşarilər, Hənbəlilər və Maturidilər. Buna dəlil isə alimlərin bir çox kəlam kitablarında, habelə hənbəlilərin bütün kitablarında hənbəlilərin əşarilərə birləşik qeyd edilmələridir.” (əl-Aynu val əsər:53-cü səh)
Şeyx Abdullah ibn Muhamməd əl-Abdullah əl-Hənbəli -vaffəqahullah- dedi: Abdul-Baqi əl-Məvahibinin təlif etdiyi həmin etiqad kitabı, İbn Hamdənin etiqadının müxtəsərindən sonra hənbəlilər qatında ən mötəməd etiqadı mətn hesab olunur.
Əbul Əun əs-Səffərini əl-Hənbəli -rahiməhullah- təlif etdiyi “Ləvamiul ənvaril bəhiyyə” adlı etiqad kitabında dedi:
أهل السنة والجماعة ثلاثُ فرق: الأثريّة وإمامهم أحمد بن حنبل رضي الله عنه، والأشعرية وإمامهم أبو الحسن الأشعري رحمه الله، والماتريدية وإمامهم أبو منصور الماتريدي، وأما فرق الضلال فكثيرة جدا
“Əhli-Sünnət vəl Cəmaa üç firqədir: Əsərilər (hənbəlilər). Onların da, imamı Əhməd ibn Hənbəldir -Allah ondan razı qalsın. Əşarilər. Onların imamı isə, Əbul Həsən əl-Əşaridir –Allah ona rəhmət eləsin. Habelə Maturidilər. Onların imamı isə, Əbu Mənsur əl-Məturididir. Zəlalət firqələri isə həddindən artıq çoxdur.” (Ləvamiul əvaril bəhiyyə:1/73)
Həsən əş-Şattı əl-Hənbəli -rahiməhullah- “əl-Ləvami” kitabına şərhində dedi:
قال بعض العلماء: هم – أي الفرقة الناجية - أهل الحديث يعني الأثرية، والأشعرية، والماتريدية.
فإذا قلت: لفظ الحديث يقتضي عدم التعدية، حيث قال فيه: ((ستفترق أمتي على بضع و سبعين فرقة كلهم في النار إلا فرقة واحدة، و هي ما كان على ما أنا عليه و أصحابي))
فالجواب: إن الثلاث فرق هي فرقة واحدة، لأنهم كلهم أهل الحديث، فإن الأشاعرة و الماتريدية لم يردوا الأحاديث و لا أهملوها: إما فوضوها، و إما أولوها، و كل منهم أهل حديث، و حينئذ فالثلاثة فرقة واحدة، لاقتفائهم الآثار، وانتحالهم الأخبار، بخلاف باقي الفرق، فإنهم حكموا العقول و خالفوا المنقول، فهم أهل بدعة و ضلالة، ومخالفة و جهالة، والله تعالى أعلم
“Bir sıra alimlər demişlər: Onlar -yəni nicat tapmış firqə- hədis əhli, yəni əsərilər, əşarilər və maturidilərdir.
Əgər desən: Hədisin ləfzi say çoxluğunun olmadığını tələb edir. Hədisdə belə demişdir: ((Ümmətim yetmiş və bir neçə firqəyə bölünəcəkdir. Birindən savayı onların hamısı oddadır. O da, mənim və səhabələrimin üzərində olduqları yolda olandır.))
Cavab: Əslində üç firqə bir firqədir. Çünki onların hamısı hədis əhlidir. Əşarilər və maturidilər hədisləri rədd etməmişlər və ona etinasız yanaşmamışlar. Onlar ya təfvid etmişlər ya da, təvil etmişlər. Onların hamısı hədis əhlidir. Belə olacağı zaman, əsərlərin izinə düşdükləri və xəbərləri qəbul etdikləri üçün hər üçü bir firqədir. Digər firqələr isə tam fərqlidir. Onlar öz ağıllarını hakim etmiş və xəbərlərə müxalif olmuşlar. Belələri bidət və zəlalət, habelə müxalifət və cəhalət əhlidirlər. Ən doğrusunu isə Allah bilir.” (Təbsırul qani` bil-cəm`i beynə şərhey ibn şattı va-bni məni`:75-ci səh)
Habelə Səffərininin əqidəsinə şərh yazan Muhamməd ibn Səlum əl-Hənbəli eyni sözləri demişdir. (Bax: Muxtəsaru ləvamiil ənvaril bəhiyyə:58-ci səh)
Abdullah ibn Sufan əl-Qaddumi əl-Hənbəli -rahiməhullah- təlif etdiyi “əl-Mənhəcul əhməd fi dər`il məsəlibil ləti tunmə liməzhəbil iməm əhməd” adlı məşhur kitabında dedi:
روى أبو يعلى في مسنده عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: "افترقت اليهود على إحدى وسبعين فرقة، وتفرقت النصارى على اثنتين وسبعين فرقة، وتفترق أمتي على ثلاث وسبعين فرقة، كلّها في النار إلا واحدة، فقيل له: مَن هم يا رسول الله؟ قال: هم مَن كان على مثل ما أنا عليه اليوم وأصحابي
قال بعض أهل العلم: "هم - يعني الناجية - أهل الحديث المعبَّر عنهم بأهل الأثر وإمامهم الإمام أحمد، والأشعرية، والماتريدية" انتهى.
أقول: وهذا لا شبهة فيه، فإن هذه الفرق الثلاثة هم المعبّر عنهم بـ "أهل السنة والجماعة" وهم أهل الظهور في جميع الأعصار والأمصار، وهم الطائفة المنصورة، وهم السَّواد الأعظم
“Əbu Yalə öz müsnədində Əbu Hureyradan –radıyəllahu anhu- rəvayət edir ki, Allahın Elçisi -salləllahu aleyhi və səlləm- demişdir: “Yəhudilər yetmiş bir firqəyə bölündülər. Nəsranilər isə yetmiş iki firqəyə bölündülər. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcək. Birindən savayı hamısı oddadır. Ona deyildi: Kimdir onlar ey Allahın Elçisi! O dedi: Bugün mənim və səhabələrimin yolu mislində bir yol üzərə olanlardır.”
Bir sıra elm əhli demişlər: Onlar -yəni nicat tapmışlar- imamları Əhməd olan əsər əhli, habelə əşarilər və maturidilər olaraq ifadə edilən hədis əhlidirlər.”
Deyirəm (əl-Qaddumi): Bunda heç bir şübhə yoxdur. Çünki bu üç firqə “Əhli-Sünnə vəl Cəmaa” olaraq ifadə edilənlərdir. Onlar bütün zamanlar və ölkələrdə üstünlük təşkil edən adamlar olmuşlar. Məhz onlar mənsur olan taifə və ən əzəmətli qaraltıdırlar.” (əl-Mənhəcul əhməd:5-6)
Mər`i ibn Yusuf əl-Kərmi əl-Hənbəli -rahiməhullah- Allahın xəbəri sifətləri barədə təlif etdiyi “Əqavilus siqat fi təvilil əsməi vas sıfət” adlı kitabında mötəzililərin sifətləri inkar etdiklərini qeyd etdikdən sonra dedi:
وفرقة أخرى أثبتت الصفات المعنوية من نحو السمع والبصر والعلم والقدرة والكلام، وهو مذهب جمهور أهل السنة والجماعة، ومنهم أتباع أئمة المذاهب الأربعة.
ثم اختلفوا فيما ورد به السمع من لفظ العين واليد والوجه والنفس والروح؛ ففرقة أولتها على ما يليق بجلال الله تعالى وهم جمهور المتكلمين من الخلف، فعدلوا بها عن الظاهر إلى ما يحتمله التأويل من المجاز والإتساع خوف توهم التشبيه والتمثيل.
وفرقة أثبتت ما أثبته الله ورسوله منها وأجروها على ظواهرها ونفوا الكيفية والتشبيه عنها قائلين إن إثبات البارئ سبحانه إنما هو إثبات وجود بما ذكرنا لا إثبات كيفية ...
“Digər firqə isə, eşitmə, görmə, elm, qüdrət, kəlam kimi mənəvi sifətləri isbat etmişlər. Bu da, Əhli-Sünnə val Cəmaanın cumhurunun məzhəbidir. Dörd məzhəbin imamlarının ardıcılları da, onlardandır.
Bunun ardından onlar, “əl-ayn”, “əl-yəd”, “əl-vach”, “ən-nəfs”, “ər-ruh” kimi eşitmə yolu ilə varid olan ləfzlərdə ixtilaf etmişlər. Bir firqə onu (həmin ləfzləri) Uca Allahın Cəlalına layiq olan tərzdə təvil etmişdir. Bunlar da, xələfdən olan mütəkəllimlərin cumhurudur. Onlar təşbih və təmsilin təsəvvür ediləcəyindən qorxaraq zahiri buraxıb təvili mümkün olan məcaza əl atmışlar.
Digər firqə isə bunu, Allahın və Rəsulunun isbat etdiyi kimi isbat etmişlər və onu zahiri üzərə icra etmişlər. Bununla yanaşı keyfiyyət və təşbihi nəfy etmişlər.” (Əqavilus siqat:136-cı səh)
Gördüyün kimi Mər`i İbn Yusuf əl-Kərmi -rahiməhullah- bu nəqildə hər iki firqənin Əhli-Sünnətin firqələrindən olduğunu qeyd edir. Yəni həm təvil edən əşarilərin, həmçinin sifətləri təfvid edən hənbəlilərin Əhli-Sünnətin firqələri sırasında qeyd edir.
Məzhəbin rüknü Qadı Əbu Yalə -rahiməhullah- belə demişdir:
و قد أجمع علماء أهل الحديث - و الأشعرية منهم - على قبول هذه الأحاديث، فمنهم من أقرها على ما جاءت و هم أصحاب الحديث، و منهم من تأولها و هم الأشعرية، و تأويلهم إياها قبول منهم لها، إذ لو كانت عندهم باطلة لاطرحوها كما اطرحوا سائر الأخبار الباطلة، و قد روي عن النبي صلى الله عليه و سلم أنه قال: (( أمتي لا تجتمع على خطأ و لا ضلالة))
“Həsid əhlindən olan alimlər -əşarilər də onlardandır- bu hədislərin qəbul ediləcəyinə dair icma etmişlər. Onlardan bəziləri onu gəldiyi üzərə iqrar etmiş. Bunlar mühəddislərdir. Bəziləri isə onu təvil etmişlər. Bunlar da, əşarilərdir. Onların həmin hədisləri təvil etmələri, onu qəbul etmələri anlamına gəlir. Çünki əgər həmin hədislər onların qatında batil olsaydı, digər batil xəbərləri rədd etdikləri kimi onu da, rədd edərdilər. Artıq Peyğəmbərdən –salləllahu aleyhi və səlləm- rəvayət edilir ki, o demişdir: Ümmətim xəta və zəlalət üzərə bir araya gəlməz.” (Tabaqatul hənəbilə:2/210)
Habelə Şeyxul-İslam İbn Teymiyyənin -rahiməhullah- ömrünün sonlarına yaxın əşarilərə qarşı yumuşalmış və onlara qarşı göstərdiyi təpkini azaltmışdır.
Təqiyyuddin ibn Teymiyyə -rahiməhullah- buyurur:
و لهذا اصطلحت الحنبلية ة الأشعرية واتفق الناس كلهم و لما رأى الحنبلية كلام أبي الحسن الأشعري قالوا هذا خير من كلام الموفق، و زال ما كان في القلوب من الأضغان و صار الفقهاء من الشافعية و غيرهم يقولون الحمد لله على اتفاق كلمة المسلمين
“Bu səbəbdən hənbəlilər və əşarilər öz aralarında barışığa gəlmiş və insanlar yekdilliyə gəlmişlər. Hənbəlilər Əbul Həsən əl-Əşarinin sözlərini gördükdə demişlər: Bu, əl-Muvaffəqın sözlərindən daha xeyirlidir. (Çünki İbn Qudamə onun haqqında sərt sözlər söyləmişdir) Nəticədə onların qəlblərində olan nifrət aradan qalxmış və şafiilərdən və digər məzhəblərdən olan fəqihlər bu cür deməyə başlamışlar: Müsəlmanların kəlməsinin birləşməsinə görə Allaha həmd olsun!” (Məcmu əl-fətəva:3/269)
Habelə Şeyxul-İslam ibn Teymiyyə -rahiməhullah- buyumuşdur:
كان في كلامهم - يعني الأشاعرة - من الأدلة الصحيحة، وموافقة السنة ما لا يوجد في كلام عامة الطوائف، فإنهم أقرب طوائف أهل الكلام إلى السنة والجماعة، والحديث، وهو يعدون من أهل السنة والجماعة عند النظر إلى مثل المعتزلة، والرافضة، وغيرهم، بل هم أهل السنة والجماعة في البلاد التي يكون أهل البدع فيها هم المعتزلة، والرافضة، ونحوهم
“Onların -yəni əşarilərin- səhih dəlillərə və sünnəyə müvafiq olan sözləri vardır ki, digər bütün tayfalarda bu cür sözlər yoxdur. Onlar kəlam əhlindən olan taifələr içində Sünnə vəl Cəmaaya və hədisə ən yaxın olanlardır. Onlar mötəzili, rafizi və digərləri mislində olanlara baxıldığı zaman Əhli-Sünnədən hesab olunurlar. Üstəlik onlar mötəzili, rafizi və onlar mislində olan bidət əhlinin olduğu ölkələrdə Əhli-Sünnə val Cəmaadır.
Qeyd: Şeyxul-İslam İbn Teymiyyə əşarilərin müəyyən qeydlərlə Əhli-Sünnət olduğunu desə belə, bugün əşarilərin cəhmi, kafir və sapıq olduğunu iddia edən saxtakarlardan fərqli olaraq ən azı İbn Teymiyyə rafizi məzhəbinin yayğın olduğu bizim ölkələr kimi yerlərdə, əşarilərin Əhli-Sünnət olduğunu bəyan edir. İbn Teymiyyə kimi əşarilərə qarşı sərt mövqedə olmuş bir şəxs, özlərini həmin böyük imama nisbət edən həmin bu məxluqlarla eyni fikiri bölüşmür və əşari imamlarının bu din üçün xidmətlərini danmır və onları sayğı ilə xatırlayır.
Xülasə: Qeyd edildiyi kimi tarix boyu hənbəli alimləri ilə əşari alimləri arasında bəzi etiqadı mövzularda ixtilaflar olmuş, bəzən isə həmin ixtilaflar onların bir-birini zəlalətdə və bidətdə ittiham etməsi dərəcəsinə çatmışdır. Ancaq hənbəli imamları, ələxsus mütəəxxir hənbəli alimlərinin qeyd etdikləri kimi hənbəlilər qatında bərqərar olmuş görüş, əşari və maturidilərin Əhli-Sünnət firqələrindən hesab olunmalarıdır.
Hər bir xeyirə müvəffəq edən Uca Allahdır!