İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


إذا تكرر النظر المحرم فأمنى فعليه الفدية، و هل هي شاة أو بدنة؟ فيه روايتان، و الصحيح من المذهب أنها بدنه، لأنها إنزال بفعل محظور فأشبه اللمس، و إن أمذى بذلك فعليه شاة، و إن لم يقترن به مني و لا مذي فلا شيء عليه.


“Əgər ehramda olan şəxs təkrar baxışlar nəticəsində məni ifraz edərsə, ona fidyə olaraq qoyun-quzu yoxsa dəvə vermək lazımdır? Bu barədə iki rəvayət gəlmişdir. Məzhəbdə səhih olan görüş, bu halda fidyə olaraq dəvə kəsməkdir. Çünki bu fidyə, qadağan edilmiş fel ilə məni ifraz etməkdən ötrü verilir və qadına toxunmaq nəticəsində (məni ifraz etməyə) bənzəyir. Ancaq əgər (ehramda olan) təkrar baxışlar nəticəsində məzi ifraz edərsə, bu halda fidyə olaraq quzu kəsəcək. Əgər təkrar baxışlar nəticəsində məni yaxud məzi çıxmazsa, həmin şəxsin üzərində heç bir fidyə olmayacaq.


و إن نظر و لم يكرر فأمنى فعليه شاة، لأنه فعل يحصل به اللذة أوجب الفدية أشبه اللمس


“Əgər təkrarlanmayan bir baxış nəticəsində məni ifraz edərsə, fidyə olaraq quzu kəsəcək. Çünki həmin fel insanın həzz alması ilə nəticələnir. Bu halda fidyə vacib olur və qadına toxunmağa bənzəyir.” 


(əl-Minəhuş şəfiyət:358-ci səh)


Qeyd: Maliki məzhəbinə görə ehramda olan şəxs həzz almaq üçün qadına davamlı şəkildə baxarsa və nəticədə məni ifraz edərsə, onun həcci pozulacaq və növbəti ildə həcci qəza etmək və qurban kəsmək vacib olacaq. Ancaq əgər mücərrəd bir baxış nəticəsində məni ifraz edərsə, həcci səhih olacaq və yalnız qurban kəsəcək. 


Bəlli olur ki, hənbəli məzhəbi ilə maliki məzhəbi təkrar olmayan nəzər nəticəsində məni ifraz edən şəxsin hökmünə dair yekdil olmuşlar. Ancaq təkrar baxışlar nəticəsində məni ifraz edənin hökmündə fərqli görüşlər irəli sürmüşlər. Malikilərə görə beləsinin həcci pozulur və onu növbəti ildə qəza etmək və qurban kəsmək vacib olur. Hənbəlilərə görə isə beləsinin həcci səhihdir və ona yalnız fidyə vermək lazımdır.