Bəsmələ (Bismilləh sözü) beş yerdə vacib olur.
Birinci: Gecə yuxusundan duracağı zaman əlləri yuyan şəxsə vacibdir.
İkinci: Dəstəmaz alacağı zaman vacibdir.
Üçüncü: Qüsl alacağı zaman vacibdir.
Dördüncü: Təyəmmüm alacağı zaman vacibdir.
Beşinci: Meyyiti qüsl edəcəyi zaman vacibdir.
Habelə bəsmələ iki yerdə şərtdir.
Birinci: Heyvanı kəsəcəyi zaman şərtdir. Ancaq insan bunu səhvən deyil cahilliyindən ötrü tərk edərsə, kəsdiyi halal olmur.
İkinci: Ov alətini buraxacağı zaman şərtdir. Ancaq bu halda insanın nə səhvən, nə də cahilliyindən onu tərk etməsi üzür deyil və bu halda ov halal hesab olunmur.
Habelə bəsmələ bir çox yerdə sünnədir.
Misal üçün, yemək, içmək zamanı, habelə evə daxil olduğu və çıxdığı, miniyin üzərinə mindiyi zaman və digər yerlərdə sünnədir.
İnsan haram olan bir şeyi yeyib içəcəyi zaman isə bəsmələ məkruhdur.
Habelə ayaqyolunda onu dilə gətirmək haramdır.
Digər yerlərdə isə bəsmələ mübahdır.
(Haşiyətu əl-ləbədi)