Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:
إذا وافق العيد يوم الجمعة سقطت عمن حضره مع الإمام و ممن قال بالسقوط الشعبي و النخعي و الأوزاعي، و قد قيل إنه مذهب عمر و عثمان و علي و سعيد وابن عمر و ابن عباس و ابن الزبير.
و قال أكثر الفقهاء: لا تسقط الجمعة لعموم الآية و الأخبار الدالة على وجوبها
و لنا حديث معاوية أنه سأل زيد بن أرقم هل شهدت مع رسول اللع عيدين اجتمعا في يوم؟ قال: نعم، فكيف صنع؟ قال: صلى العيد ثم رخص في الجمعة فقال: من شاء أن يصلي فليصل. رواة أبو داود، و في لفظ الإمام أحمد من شاء أن يجمع فليجمع. و عن أبي هريرة عن رسول الله قال: اجتمع في يومكم هذا عيدان فمن شاء أجزأه عن الجمعة و إنا مجمعون. رواه ابن ماجة.
و أما الإمام فلا تسقط عنه الجمعة، لقول النبي: ,(و إنا مجمعون) فإن حضر معه العدد المعتبر ولو ممن صلى العيد جمع بهم...
و كذا العيد يسقط بالجمعة
"Bayram, Cümə gününə təsadüf edəcəyi zaman, imamla birgə Bayram namazında iştirak edənlərin üzərindən Cümənin vacibliyi düşəcək. Habelə bunu Şa'bi, Nəxai və Əuzai demişlər. Habelə deyilmişdir ki, Ömərin, Osmanın, Əlinin, Səidin, İbn Ömərin, İbn Abbasın və İbn Zubeyrin məzhəbi budur.
Əksər fəqihlər isə demişlər: Onun vacibliyinə dəlalət edən ayənin və varid olan xəbərlərin ümumi məfhumuna əsasən Cümənin vacibliyi qüvvədən düşmür.
Bizim dəlilimiz:
Müaviyənin hədisidir. O Zeyd İbn Ərqamdan belə soruşdu: Allahın Elçisi -salləllahu aleyhi və səlləm- ilə birgə eyni gündə iki bayramın bir arada gəlməsinin şahidi oldunuzmu? O dedi: Bəli! Sonra belə soruşdu: Həmin gündə necə etdi? Dedi: Bayram namazını qıldı, ardından Cümə namazına gəlməyi insanların ixtiyarına buraxıb dedi: "Onu qılmaq istəyən, qılsın!" Hədisi Əbu Davud rəvayət edib. İmam Əhmədin ləfzində belə gəlir: "Cüməni qılmaq istəyən, qılsın!" Habelə Əbu Hureyra Allahın Elçisinin -salləllahu aleyhi və səlləm- belə dediyini rəvayət edib: "Sizin bu gündə iki bayram bir arada gəldi. (Bayram namazı ilə kifayətlənmək) istəyən insan üçün Bayram namazı Cüməni əvəzləyəcək. Biz isə Cüməni qılacağıq." Hədisi İbn Macə rəvayət edib.
Ancaq imamın üzərindən Cümənin vacibliyi düşmür. Çünki hədisdə Allahın Elçisi -salləllahu aleyhi və səlləm- buyurur: "Biz Cüməni qilacağıq." Bayram namazını qılan insanlardan olsalar belə, əgər Cümə namazında imamla bərabər etibara alınan sayda insanlar iştirak etsələr, imam onlara Cümə namazını qıldıracaq...
Habelə Cümə namazının (Bayramdan öncə qılınacagı zaman) qılınması ilə Bayram namazı da, qüvvədən düşür."
(əl-Minəhuş şəfiyət: 265-266)