İbn Bəlbən əl-Həhbəli- rahiməhullah- buyurdu:
Üzür sahiblərinin namazı: (صلاة أهل الاعذار)
يُصَلِّي المريضُ قَائِماً، فإِن لم يستطع فقَاعِداً،فإِن لم يستطع فعلى جنب، و لأَيْمَنُ أَفْضَلُ، و كُرِه مستلقياً مع قدرتِهِ على جنب وإلَّا تعيَّن، و يومىء بركوعٍ و سجودٍ و يجعلُهُ أخفضَ، فإن عجِزَ أَوْمَأَ بطرفِهِ و نوى بقلبهِ كأسيرِ خائفٍ ،فإن عجز مستحضِرَ القولِ و الفعلِ، و لا يسقط فعلُها ما دامَ العقلُ ثابتاً، فإن طرأ عَجْزٌ أوْ قدرةٌ في أثنائِها انتقل و بنَى
"Xəstə insan ayaq üstə namaz qılacaq. Əgər ayaq üstə qıla bilməzsə oturaq halda qılacaq. Əgər oturaq halda qıla bilməzsə böyürü üstə uzanaraq qılacaq. Sağ böyürü üstə uzanmaq daha əfzəldir. Böyürü üstə uzanmaq iqtidarında olduğu halda kürəyi üstə uzanıb qılarsa məkruh sayılacaq. Ancaq namaz səhih olacaq. Böyürü üstə qılmaq iqtidarında olmazsa kürəyi üzərində qılması vacib olacaq. Kürəyi üzərində qılacağı halda ayaqları qibləyə tərəf olacaq. İnsan oturaraq və ya uzanaraq namaz qılarsa rüku və səcdəyə işarə edir. Səcdəni rükudan aşağı edir. Bu zaman belini və ya başını bükür. Əgər qorxu içində olan əsir kimi belini və başını bükməyə aciz olarsa gözü ilə işarə edəcək və qəlbi ilə namazı niyyət edəcək. Əgər bundan da, aciz olarsa namazın sözlərini və feillərini qəlbində canlandıracaq.
Misal: İnsan kafirlər tərəfindən əsir alınır. Əgər namaz qılarsa kafirlər onun müsəlman olduğunu bilib onu qətlə yetirəcəklər. Bu zaman insan ayaq üstə və ya oturaq halda qəlbində namazı niyyət edəcək və onun sözlərini və feillərini qəlbində canlandıracaq. İnsan ağlı üzərində olduğu sürəcə, namazın fərziyyəti onun üzərindən düşməyəcək. Əgər namaz əsnasında acizlik üz verərsə və ya güc-qüvvət gələrsə digər hala keçəcək və bunun üzərinə namazı davam edəcək.
Misal: İnsan xəstə olduğu halda oturaraq namaz qılır. Üçüncü rükətdə xəstəliyi zəifləyir, halı yaxşılaşır və namazı ayaq üstə qılmaq iqtidarında olur. Bu zaman namazı ayaq üstə davam edir.
Digər bir misal: İnsan namazı ayaq üstə qılır. İkinci rükətdə insana acizlik üz verir və namazı ayaq üstə qılmaq iqtidarında olmur. Bu zaman namazı oturaraq davam etdirəcək.
( Əxsarul muxtəsarat:124-cü səh. Əlavə izahları və misalları ilə.)