Mənsur İbn Yunus əl-Buhuti –rahiməhullah- dedi:


إذا تيمم و عليه خف أو عمامة أو جبيرة و نحوها لبسها على طهارة بالماء ثم خلع الخف أو نحوه بعد أن تيمم بطل تيممه، قال في الإنصاف: (و هو المذهب المنصوص عن أحمد في رواية عبد الله على الخفين، و في رواية حنبل عليهما و على العمامة).ا.ه. لأنه مبطل للوضوء فأبطل التيمم كسائر مبطلاته و هذا يخص التيمم عن الحدث الأصغر على ما ذكرنا


“İnsan su təharəti üzərinə xufları yaxud əmmaməni yaxud sarğı və ona bənzər şeyləri taxacağı, sonra təyəmmüm alacağı və bunun ardından xufları yaxud qeyd edilən digər şeyləri çıxaracağı zaman onun təyəmmümü batil olacaq. Əl-İnsaf kitabında dedi: (Həmin görüş Abdullahın rəvayətində xuflara dair, Hənbəlin rəvayətində isə həm xuflara həm də, əmmaməyə dair  Əhməddən nass olaraq gələn məzhəbdir.) Çünki (bu şeyləri çıxarmaq) dəstəmazı pozur. Bu səbəbdən digər batil edən amilləri kimi təyəmmümü də, pozur. Habelə bu, qeyd etdiyimiz kimi xüsusi olaraq kiçik hədəsdən təyəmmümə aiddir.”


(əl-Minəhuş şəfiyət:185-186)