Şəriətdə qadağadan sonra gələn əmr. (الأمر بعد الحظر)
إذا وردت صيغة الامر بعد الحظر اقتضت الاباحة و هو ظاهر القول الشافعي. و لنا: أن عرف الاستعمال في الامر بعد الحظر الاباحة ؛بدليل:أن أكثر اوامر الشرع بعد الحظر للاباحة، كقوله تعالى:
《وَإِذَا حَلَلۡتُمۡ فَٱصۡطَادُوا۟ۚ》،《فَإِذَا قُضِیَتِ ٱلصَّلَوٰةُ فَٱنتَشِرُوا۟》،《 فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ》.
و قول النبي-صلى الله عليه و سلم- ((كُنتُ نَهَيْتُكُمْ عَنْ زِيَارَةِ الْقُبُرِ، فَزُورُوهَا.وَ نَهَيْتُكُمْ عَنْ إدِّخَارِ لُحُومِ الْاَضَاحِي فَوْقَ ثَلَاثٍ،فَأمْسِكُوا مَا بَدَا لَكُمْ،وَ نَهَيْتُكُمْ عَنِ النَّبِيذِإلَّا فِي سِقَاءٍ، فَاشْرَبُوا فِي ألْأوْعِيَةِ كُلِّهَا، وَ لَا تَشْرَبُوا مُسْكِراً))
و في العرف : ان لسيد لو قال لعبده:((لا تأكل هذا الطعام)) ثم قال:((كله))، أو قال لأجنبي: ((ادخل داري، و كل من ثماري)) اقتضى ذلك رفع الحظر دون الإيجاب.
"Qadağadan sonra gələn əmr mübahlığı ifadə edəcək. Həmçinin bu imam Şafiinin üstün görüşüdür.
Bizim (hənbəlilərin) dəlili:
Örfü istifadə yönündən qadağadan sonra gələn əmr mübahlığı ifadə edir. Çünki qadağadan sonra gələn əksər şər'i əmrlər həmin əməlin mübah olduğunu bildirir. Uca Allah buyurur:《Ehramdan çıxdığınız zaman ov edə bilərsiniz.》(əl-Ma'idə:2)《Namaz başa çatdıqdan sonra yer üzünə dağılın》(əl-Cümə:10),《Onlar təmizləndikdən sonra Allah sizə buyurduğu yerdən onlara yaxınlaşın》(əl-Bəqərə:222)
Həmçinin Allah Rasulu -salləllahu aleyhi və səlləm- demişdir: ((Mən sizə öncələr qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi isə ziyarət edin! Yaxud sizə qurbanlıq ətini üç gündən artıq saxlamağı qadağan etmişdim.İndi isə onu istədiyiniz kimi saxlayın! Yaxud sizə tuluqda olması istisna, nəbiz içkisini qadağan etmişdim.İndi isə sərxoşedici istisna olmaqla onu istədiyiniz qablarda için)).
Örfdə isə, ağa öz quluna bir təa'mı yeməyi qadağan edib, sonra isə onu yeməyi əmr edərsə, həmçinin insan bir əcnəbiyə həyətimə daxil ol və həyətin meyvələrindən ye!- deyərsə, bu deyilənlər qadağanı aradan qaldıracaq və vacibliyi deyil mübahlığı ifadə edəcək.
(Raudatun nazır: 559-562-ci səh)
Qeyd: nəbiz; xurma yaxud üzüm yaxud başqa qurudulmuş meyvənin suda buraxılmasıdır. Nəticədə şirin içki alınır.