1) Zəm-zəm quyusunun suları: Onunla murdar şeyləri (nəcasəti) izalə etmək məkruhdur. Ancaq onunla dəstəmaz və qüsl almaq icazəlidir.
2) Salehin dəvəsinin quyusu istisna olmaqla Səmud qövmünə məxsus quyuların suları: Onu istifadə etmək olmaz.
3) Qəbirstanlıqda olan quyuların suları: Həmin suları təharət üçün istifadə etmək məkruhdur.
4) Digər quyuların suları: Ondan istifadə etmək icazəlidir. Əgər həmin suya nəcasət düşdükdən sonra su dəyişərsə, onunla təharət almaq haram olacaq.
Digər məsələ:
1- Su, nəcasətli bir şeylə qızdırılacagi zaman, təmizləyici olaraq qalacaq. Ancaq həmin su, soyuyarsa belə onunla təharət almaq məkruhdur.
2- Günəşin altında yaxud təmiz bir şeylə qızdırılacagi zaman, onunla təharət almaq məkruh hesab edilməyəcək.
Ancaq çox qaynar yaxud çox soyuq su ilə təharət almaq məkruhdur. Çünki bu halda kamil şəkildə təharət almaq imkanı yaranmır.