İmam Muvaffəquddin İbn Qudamə -rahiməhullah- buyurdu:


وأي قربة فعلها ، وجعل ثوابها للميت المسلم ، نفعه ذلك ، إن شاء الله


“Əgər insan hər hansı bir qürbəti (Allaha yaxınlaşdıran əməli) edib onun savabını ölmüş müsəlmana ötürərsə, inşəAllah bu ona fayda verəcək.” (əl-Muğni:2/225)


İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


وكل قربة فعلها المسلم، وجعل ثوابها أو بعضها كالنصف ونحوه كالثلث أو الربع لمسلم حي أو ميت جاز ذلك ونفعه لحصول الثواب له ... وكذا قراءة وغيرها


“Müsəlman etdiyi hər hansı bir qürbətin (Allaha yaxınlaşdıran əməlin) savabını yaxud yarısı və üçdə biri və ya dörddə biri kimi bəzi hissəsini diri yaxud ölü müsəlmana ötürərsə, bunu etmək icazəli olacaq və savabın yetişməsi səbəbilə ona fayda verəcək ... Habelə Quranın qiraəti və digər əməllər bura daxildir.” (Kəşşəful qinə`:2/147)


İmam Burhanuddin İbn Muflih -rahiməhullah- dedi:


قال أحمد: الميت يصل إليه كل شيء من الخير للنصوص الواردة فيه، ولأن المسلمين يجتمعون في كل مصر، ويقرءون، ويهدون لموتاهم من غير نكير، فكان إجماعاً، وكالدعاء والاستغفار .


“Əhməd dedi: (Ölüyə xeyirdən hər bir şey çatır.) Buna dair nasslar varid olmuşdur. Çünki hər diyarda olan müsəlmanlar yığışıb Quran oxuyur və onu heç bir irada rast gəlmədən ölülərinə hədiyyə edirlər. Bu səbəbdən, dua və istiğfar kimi icma olmuşdur.”(əl-Mubdi`:2/281)


Şeyxul-İslam Təqiyuddin İbn Teymiyyə -rahiməhullah- dedi:


الصَّحِيحُ أَنَّهُ يَنْتَفِعُ الْمَيِّتُ بِجَمِيعِ الْعِبَادَاتِ الْبَدَنِيَّةِ مِنْ الصَّلَاةِ وَالصَّوْمِ وَالْقِرَاءَةِ كَمَا يَنْتَفِعُ بِالْعِبَادَاتِ الْمَالِيَّةِ مِنْ الصَّدَقَةِ وَالْعِتْقِ وَنَحْوِهِمَا بِاتِّفَاقِ الْأَئِمَّةِ


“Səhih olan, imamların yekdilliyi ilə ölmüş insanın sədəqə, qulun azad edilməsi və buna bənzər maddi ibadətlər ilə faydalandığı kimi həmçinin namaz, oruc və Quran oxunuşu kimi bütün bədən ibadətləri ilə faydalanmasıdır.” (əl-Fətəval kubra:5/359)


Alləmə İbnul Qayyim -rahiməhullah- buyurdu:


أفضل ما يُهدَى إلى الميت الصدقة والاستغفار والدعاء له والحج عنه، وأما قراءة القرآن وإهداء الثواب إليه تطوعًا بغير أجرة، فهذا يصل إليه كما يصل ثواب الصوم والحج


“Ölüyə hədiyyə edilən ən fəzilətli şey sədəqə, istiğfar, ona dua etmək və onun əvəzinə həcc etməkdir. Ücrətsiz olaraq könüllü şəkildə Quranı oxuyub savabını ona hədiyyə edəcəyi zaman, orucun və həccin savabı çatdığı kimi savabı ona çatacaq.” (ər-Ruh:142)


İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:


و قوله (و أي قربة فعلها و جعلها للميت المسلم نفعه ذلك). و هو المذهب مطلقا. و عليه جماهير الأصحاب. و قطع به كثير منهم. و هو من المفردات.

شمل قوله (و أي قربة فعلها) الدعاء و الاستغفار، و الواجب الذي تدخله النيابة، و صدقة التطوع و العتق، و حج التطوع. فإذا فعلها المسلم و جعل ثوابها للميت المسلم نفعه ذلك إجماعا. و كذا تصله إليه القراءة و الصلاة و الصيام


“Əgər insan hər hansı bir qürbəti (Allaha yaxınlaşdıran əməli) edib onun savabını ölmüş müsəlmana ötürərsə, bu ona fayda verəcək.” Deyilənlər, mütləq olaraq məzhəbin görüşüdür. Əshabın cümhuru həmin görüş üzərədirlər. Bir çoxları buna əminlik ifadə etmişlər. Həmin görüş, müfradətdır. 


Müəllifin (insan hər hansı bir qürbəti edib) sözləri, duanı və istiğfarı, habelə insanın əvəzinə (nəzr ibadətləri kimi) edilməsi mümkün olan vacib əməli, habelə könüllü sədəqəni, qul azad etməyi və könüllü həcci şamil edir. Müsəlman bunu edəcəyi və savabını ölmüş müsəlmana ötürəcəyi zaman, icma ilə bu, ona fayda verəcək. Habelə Quranın oxunuşu, namaz və oruc (bu əməllərin savabı) çatır.” (əl-İnsaf:2/558-560)


Qeyd: İmam Mərdavi həmin məsələnin məzhəbin mufradəti olduğunu bildirir. Hənbəlilər insanın etdiyi və savabını digər müsəlmana hədiyyə etdiyi ibadətin həm ölmüş müsəlmana, həm də sağ olan müsəlmana çatdığını deyirlər. Halbuki ölmüş müsəlmana savabı ötürməyin icazəli olması, Əhli Sünnətin cumhurunun görüşüdür. Yəni mufradət, savabı sağ olan müsəlmana hədiyyə etməyə aid edilir. 


Digər məsələ: Qəbirin başında Quran oxumağın hökmü:


İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- buyurdu:


و قوله (و لا تكره القراءة على القبر فى أصح الروايتين). و هذا المذهب. قاله فى الفروع و غيره. و نص عليه. و قال الشارح: هذا المشهور عن أحمد. قال الخلال، و صاحب المذهب: رواية واحدة لا تكره. و عليه أكثر الأصحاب. 


“Müəllif buyurur (İki rəvayət içində ən səhih olanı, qəbir başında Quran oxumağın məkruh olmamasıdır.) Məzhəb bu görüş üzərədir. Əl-Furu` kitabında və digər kitablarda bunu demişlər. İmam Əhməd bunu açıq bildirmişdir. Şərhçi dedi: Əhməddən məşhur olan budur. Xalləl və məzhəbin sahibi demişlər: Bir rəvayət olaraq məkruh deyil. Əksər əshab bu görüş üzərədirlər.


Daha sonra İmam Mərdavi bunun məkruh olduğunu deyən ikinci rəvayəti qeyd edir və Abdul-Vahhab əl-Varraqın və Təqiyuddin İbn Teymiyyənin bu görüşü seçdiklərini deyir. Ardından buyurur:


قلت: قال كثير من الأصحاب: رجع الإمام أحمد عن هذه الرواية. فقد روى جماعة عن الإمام أحمد: أنه مر بضرير يقرأ عند قبر فنهاه. و قال: القراءة عند القبر بدعة. فقال محمد بن قدامة الجوهرى: يا با عبد الله، ما تقول فى حبش الحلبى؟ فقال: ثقة, فقال: حدثنى مبشر عن أبيه أنه أوصى إذا دفن أن يقرأ عنده بفاتحة البقرة و خاتمتها. و قال: سمعت ابن عمر يوصى بذلك. فقال الإمام أحمد، ارجع فقل للرجل: يقرأ. فهذا يدل على رجوعه... فعلى القول بأنه لا يكره: فيستحب، على الصحيح.


“Dedim: Bir çox əshab imam Əhmədin həmin rəvayətdən (qəbir başında Quran oxumağın qadağasından) döndüyünü demişlər. Bir sıra alimlər imam Əhməddən rəvayət edirlər ki, Əhməd qəbirin başında Quran oxuyan bir kor kişinin yanından keçdikdə bu əməli ona qadağan etdi və dedi: Qəbirin başında Quran oxumaq bidətdir. Onun yanında olan Muhamməd İbn Qudamə əl-Cəuhari dedi: Ey Əbu Abdullah, Hibş əl-Hələbi barədə nə deyirsən?! Əhməd dedi: Güvənli ravidir. O, belə dedi: Mubəşşir atasından mənə xəbər verib dedi ki, atası dəfn olunacağı zaman onun başı üstündə əl-Bəqərə surəsinin əvvəlini və axırını oxumasını vəsiyyət etdi və dedi: Mən İbn Ömərin bu cür vəsiyyət etməsini eşitdim. Bu zaman imam Əhməd dedi: Geri dön və həmin kişiyə Quranı oxumasını söylə! Bu da, Əhmədin köhnə görüşündən döndüyünə dəlalət edir ... Qəbir başında Quran oxumağın məkruh olmaması görüşünə əsasən, səhih görüşə görə həmin əməl müstəhəbdir.” (əl-İnsaf:2/557-558)


İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


و لا تكره القراءة على القبر و لا في المقبرة، بل تستحب لما روى أنس مرفوعا قال (من دخل المقابر فقرأ فيها يس خفف عنهم يومئذ و كان له بعددهم حسنات) و صح عن ابن عمر أنه أوصى إذا دفن أن يقرا عنده بفاتحة البقرة و خاتمتها. و لهذا رجع أحمد عن الكراهة.


“Qəbirin başında və qəbiristanlıqda Quran oxumaq məkruh deyil, əksinə müstəhəbdir. Ənəs -radıyəllahu anhu- mərfu olaraq rəvayət edir: (Kim qəbiristanlığa girər və orada Yasin surəsini oxuyarsa, qəbir əhlinin həmin gündə halı yüngülləşər və onların sayı qədər ona həsənət yazılar.) Habelə İbn Ömərin dəfn ediləcəyi zaman başının üstündə əl-Bəqərə surəsinin əvvəlinin və axırının oxunmasını vəsiyyət etməsi səhih olaraq gəlmişdir. Bu səbəbdən Əhməd onun kərahətindən dönmüşdür.” (Kəşşəful qinə`:2/147)


Digər məsələ: İnsan Quranı oxuyandan sonra savabı necə hədiyyə edir?


İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


فيقول: اللهم اجعل ثواب كذا لفلان، و ذكر القاضي أنه يقول: اللهم إن كنت أثبتني على هذا فاجعله أو ما تشاء منه لفلان، و قال ابن تميم: و الأولى أن يسأل الأجر من الله تعالى ثم يجعله للمهدى له فيقول: اللهم أثبني برحمتك على ذلك و اجعل ثوابه لفلان.


“Qiraətini digərinə hədiyyə edən deyir: Allahım, həmin savabı filankəs üçün elə! Qadı belə deyiləcəyini qeyd etdi: Allahım, əgər məni bu əməldən ötrü mükafatlandıracaqsansa, onu yaxud ondan istədiyini filankəs üçün elə! İbn Təmim isə dedi: İnsanın Uca Allahdan əcr diləməsi daha sonra onu hədiyyə edəcəyi insan üçün etməsi daha doğrudur. Belə deyəcək: Allahın, Öz mərhəmətinlə məni bu əməlimdən ötrü mükafatlandır və onun savabını filankəs üçün elə!” (Kəşşəful qinə`:2/148)


Xülasə: 


-Hənbəli məzhəbində mötəməd olan görüşə görə insanın istər diri, istərsə də ölü müsəlman üçün Quranı oxuyub savabını ona hədiyyə etməsi müstəhəbdir. 


-Habelə məzhəbdə üstün görüşə görə insanın istər dəfn vaxtı, istərsə də başqa vaxtlarda qəbir başında və qəbiristanlıqda Quran oxuması müstəhəbdir.


-Habelə insan Quranı oxuyub onun savabını digər müsəlmana hədiyyə edəcəyi zaman, Quranı oxuyan hədiyyə etmə savabını əldə edəcək, hədiyyə etdiyi insan isə ona hədiyyə edilənin savabını qazanacaq.