İbn Bəlbən əl-Hənbəli -rahmətullahi aleyhi- “Qaləidul iqyən” adlı etiqadı mətində buyurdu:


و نؤمن بأن الميت يعلم بزائره، و يتأكد ذلك يوم الجمعة بعد طلوع الفجر و قبل طلوع الشمس


“Biz iman edirik ki, ölü onu ziyarət edəni bilir (tanıyır). Bu isə Cümə günündə sübhün açılmasından sonra və günəşin doğmasından öncə daha müəkkəd olur.”


Şeyx Abdullah əl-Abdullah -əl-Hənbəli -vaffəqahullah-dedi:


ظاهر كلام المصنف: أن الميت يعلم بزائره كل وقت، و يتأكد ذلك يوم الجمعة بعد طلوع الفجر و قبل طلوع الشمس، و و هذا القول قال به عبد القادر الجيلاني رحمه الله تعالى في (الغنية) و صوبه مرعي الكرمي رحمه الله تعالى حيث قال في (غاية المنتهى): (و يسمع الميت الكلام مطلقا، و يعرف زائره يوم الجمعة قبل طلوع الشمس، و في الغنية: (يعرف كل وقت، و هذا الوقت آكد). انتهى. وهذا هو الصواب بلا ريب.


“Müəllifin sözündən aydın olur ki, ölü onu ziyarət edəni hər bir vaxt tanıyır. Bu isə Cümə günündə sübhün açılmasından sonra və günəşin doğmasından öncə daha müəkkəd olur. Həmin görüşü Abdul-Qadir əl-Ceyləni -rahiməhullah- (əl-Ğunyə) kitabında demiş, Mər`i əl-Kərmi isə -rahiməhullah- onun görüşünü doğru saymışdır. Mər`i əl-Kərmi (Ğayətul muntəhə) kitabında dedi: Ölü mütləq olaraq sözləri eşidir və Cümə günündə günəşin doğmasından öncə onu ziyarət edəni tanıyır. Əl-Ğunyə kitabında dedi: (Hər bir vaxt tanıyır. Həmin vaxt isə (Cümə günündə olan vaxt) daha müəkkəddir). Sözləri burada bitir. Şübhəsiz ki, doğru olan da, budur.”


(Qaləidul iqyən fi-xtisari aqidəti-bni həmdən, şeyx Abdullah ibn əl-Abdullahın izahları ilə:222-ci səh)