İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


إذا سافر بعد دخول الوقت وجب عليه إتمام تلك الصلاة، لأنها وجبت في الحضر أربعا فلزمه إتمامها كما لو سافر بعد خروج وقتها


“İnsan namazın girməsindən sonra səfərə çıxacağı zaman, ona həmin namazı tam qılmaq vacib olacaq. Çünki həmin namaz yaşayış yerində dörd rükət vacib olmuşdur. Bu səbəbdən namazın vaxtı çıxandan sonra səfərə çıxan şəxs kimi, onu tamamlamaq lazımdır.” 


(əl-Minəhuş şəfiyət:260-cı səh)


İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- buyurdu:


لو دخل وقت الصلاة على مقيم ثم سافر: أتمها على الصحيح من المذهب. و عليه جماهير الأصحاب. و هو من المفردات


“Əgər insan yaşayış yerində olduğu halda namazın vaxtı daxil olarsa, sonra həmin şəxs səfərə çıxarsa, məzhəbdə olan səhih görüşə görə namazını tam qılacaq. Əshabın cumhuru bu görüş üzərədirlər. Habelə bu görüş, mufradətdır.”


(əl-İnsaf:2/310) 


Misal: Zöhr namazının vaxtı girir. Vaxt girəndən sonra insan səfərə çıxır və zöhrü səfərdə qılmağı niyyət edir. Bu halda onun səfərdə zöhr namazını dörd rükət qılması lazımdır.