Birinci: Dəstəmazı pozan amillər səkkizdir:


1)-Arxadan və öndən az yaxud çox, təmiz yaxud murdar çıxan hər bir şey.

2)-Bədənin başqa yerindən çıxan murdar şeylər. Əgər bədənin başqa yerindən ifraz olan, sidik yaxud nəcis olarsa, mütləq şəkildə (istər az, istərsə də çox olsun) dəstəmazı pozacaq. Ancaq əgər qan və qusmaq kimi digər murdar şeylər olarsa, bu halda çox olacağı təqdirdə dəstəmazı pozacaq.

3)-Dəlilik səbəbilə yaxud yuxu kimi digər səbəbdən ötrü ağılın getməsi. Ancaq oturaq halda yaxud ayaq üstə olan yüngül mürgü dəstəmazı pozmur.

4)-Heç bir maneə (paltar v.s.) olmadan ön yaxud arxa övrət yerinə əl ilə toxunmaq. (Qeyd; arxa övrət yeri deyildiyi zaman arxa dəlik qəsd edilir)

5)-Kişi qadının, qadın isə kişinin dərisinə şəhvətlə toxunacağı zaman dəstəmaz pozulur. Hətta toxunulan şəxs qoca yaxud ölü olarsa belə, dəstəmaz pozulacaq. (Qeyd; toxunmaq deyildiyi zaman bir-başa dərinin dəriyə təması qəsd edilir)

6)-Ölünü yaxud onun bir hissəsini yumaq.

7)-Çiy olarsa belə, dəvə ətini yemək.

8)-İslam dinindən çıxıb mürtəd olmaq.


İkinci: Təyəmmümü pozan amillər beşdir:


1)-Dəstəmazı pozan şeylər.

2)-Suyun mövcud olması.

3)-Namaz vaxtının çıxması.

4)-Təyəmmümü mübah edən üzürün (məs; xəstəliyin) yoxa çıxması.

5)-Xuflar və digər məsh çəkilən şeylər insanın üzərində ikən təyəmmüm alacağı təqdirdə, xuf və və məsh edilən şeylərin çıxarılması təyəmmümü pozur.