Birinci: Cənazə namazının şərtləri səkkizdir:
1)-Niyyət, 2)-Mükəlləfiyət, 3)-Qibləyə yönəlmək, 4)-Övrət yerini örtmək, 5)-Nəcasətdən kənar durmaq, 6)-Ölünün, cənazə namazını qılanın önündə olmasıdır, 7)-Cənazəsi qılınan ölənin müsəlman olmasıdır, 8)-Həm ölənin, həm də ona cənazə namazını qılanın təharətli olmalarıdır.
İkinci: Cənazə namazının ərkanları yeddidir:
1)-Fərz olan cənazə namazında qiyamda durmaq, (Fərz olan cənazə namazı, ilk qılınandır), 2)-Dörd təkbir gətirmək, 3)-Əl-Fatihə surəsini oxumaq, 4)-Peyğəmbərə salavat demək, 5)-Ölü üçün dua etmək, 6)-(Bir) salam vermək, 7)-Ərkanlarda tərtibatı gözləmək.
Üçüncü məsələ: Cənazı namazının qılınma tərzi:
1)- Cənazə namazını qılan şəxs (imam) qadının ortası, kişinin sinəsi tərəfdə dayanır, 2)-Daha sonra birinci təkbiri gətirir, 3)-Sonra istiazəni (əuzu billəhi minəş şeytanir racim) oxuyur, 4)-Bəsmələni (bismilləhir rahmənir rahim) oxuyur, 5)-Sonra əl-Fatihə surəsini oxuyur, 6)-Ardından ikinci təkbiri gətirir və Peyğəmbərə -salləllahu aleyhi və səlləm- ibrahimiyyə salavatını söyləyir (Allahummə salli alə muhammədin va alə əli muhamməd kəmə salleytə alə ibrahimə va alə əli ibrahim...), 7)-Sonra üçüncü təkbiri gətirir və ölü üçün dualar edir, 8)-Nəhayət dördüncü təkbiri gətirir və qısa müddət dayanır və salamı verir.
(Mənbə: Əl-Əhkamul hənbəliyyə, İbn Sufan əl-Qaddumi əl-Hənbəli:108-110)
Qeyd: Hənbəli məzəhəbinə görə cənazə namazı həm fərz, həm də nafilə olaraq qılınır. Cənazə namazı kifayi fərz əməllərdən olduğuna görə, ölüyə cənazə namazını qılan ilk camaat üçün həmin namaz fərz hesab olunur. Bu səbəbdən heç bir üzür olmadan həmin namazı oturaq halda qılmaq səhih deyil. Digər fərz namazlarında olduğu kimi qiyam namazın ərkanlarından biri hesab olunur. Ancaq bunun ardından digər insanlar ikinci yaxud üçüncü dəfə cənazə namazını qılmaq istəsələr, onlar üçün həmin namaz nafilə hesab olunacaq. Bu halda həmin namazı qılan insanlar, digər nafilə namazlarında olduğu kimi onu oturaq halda yaxud miniyin üzərində qıla bilərlər.