Sual:
Həmin bədən əzası nəcasətə bulaşacağı zaman onu bütövlüklə yumaq, habelə onunla yanaşı digər əzanı yumaq vacibdir?


Cavab: İnsanın zəkərindən məzi çıxacağı zaman, insan həm zəkərini həm də, xayalarını yuyacaq. Məzhəbdə səhih olan görüş budur. İmam Əhməd bunu açıq bildirmişdir. Habelə həmin məsələ məzhəbin mufradətı hesab olunur. İmam Əhməddən gələn digər görüşə görə insan yalnız bütün zəkərini yuyur. Yəni zəkərinin məziyə bulaşdığı və bulaşmadığı yerlərini yuyur.


(Əl-İnsaf:1/330, Əl-Muğni: 1/232, Əl-Furu`:1/335-336, Əl-Mubdi`:1/249)