İmam İbn Avad Əl-Hənbəli -rahiməhullah- dedi:
يُسن الاستجمار أولا ثم الاستنجاء، فإن عكس كُره لما فيه من العبث وعدم الفائدة؛ لأن المستنجي أزال العين والأثر بالماء، فلم يبق للحجر فائدة، فكان مكروهاً؛ وقيل : إنه فعل الرافضة.
"Ayaq yolundan ilk öncə İsticmar (daşla təmizlənmək), bunun ardınca istinca (su ilə təmizlənmək) sünnədir. Tərsinə etməsi isə məkruhdur. Belə olan halda mənasız və faydasız bir şey edəcək. Çünki su ilə təmizlənən şəxs nəcasətin özünü və izini izalə etmiş olur. Belə bir halda daşın heç bir faydası qalmır. Buna görə də, həmin fel məkruh hesab edilir. Habelə deyilmişdir: Bu, Rafizilərin əməlidir."
(Fəthu vəhhabil məarib:1/92)