İbn Ləhham əl-Hənbəli -rahiməhullah- dedi:
الحقيقة:
مسألة:الحقيقة اللفظ المستعمل في وضع اوَّل.
و هي لغوة و عرفية و شرعية,كالاسد والدابة والصلاة.
Həqiqət:
Məsələ: Həqiqət, ilk qoyuluşu etibarı ilə istifadə edilən ləfzdir. (Müxtəsər fi usulil fiqh, libnil Ləhham:42-ci səh)
Həqiqət lüğəti, örfü və şər'i olur. Buna misal olaraq əsəd, dəbbəh və salət sözlərini misal göstərmək olar.
Misallar:
1- Lüğəti həqiqətlər: Şir sözü ( الاسد), lüğətdə (dilçilik yönündən) əsli etibarı ilə yırtıcı heyvan mənasında işlənir.
2- Örfü həqiqətlər: Yeriyən canlı sözü (الدابة), (dilçilik yönündən) əsli etibarı ilə yer səthində gəzən hər bir canlı mənasında işlənir. Hətta insan bu məfhuma daxildir. Örfü olaraq isə yalnız dörd ayaqlı heyvan mənasında işlənir.
3- Şər'i həqiqətlər: Salət sözü (الصلاة), (dilçilik yönündən) əsli etibarı ilə dua mənasında işlənmişdir. Şəriət gəldikdə həmin sözə, şərtləri və ərkanları olan xüsusi feillərdən və sözlərdən ibarət olan ibadət (namaz) mənasını yükləmişdir.