1. Səbəb (السبب)-Onun varlığı özü-özlüyündə bir şeyin varlığını gərəkdirir.Məs:Günəşin zenitə çatması Zöhr namazını vacib edir.
2. Şərt (الشرط)-Onun yoxluğu özü-özlüyündə bir şeyin yoxluğunu gərəkdirir.Onun varlığı isə bir şeyin varlığını və yoxluğunu gərəkdirmir.Məs:Dəstəmaz namazın şərtidir.Dəstəmazın yoxluğu namazın yoxluğunu gərəkdirir.Amma onun varlığı namazın və ya başqa ibadətin varlığını gərəkdirmir.
3. Maneə (المانع)-Onun varlığı özü-özlüyündə hökmün yoxluğunu gərəkdirir.Onun yoxluğu isə hökmün varlığını və ya yoxluğunu gərəkdirmir.Məs:İnsan bir qadından süd əmir.Və həmin qadının qızı onun süd bacısı sayılır.Qadından süd əmməsi onların nigahı üçün maneədir.Yəni maneənin varlığın nigah hökmünün yoxluğunu gərəkdirir.Ancaq insan həmin qadından süd əmməzsə maneə aradan qalxacaq.Bu zaman maneənin yoxluğu nigah hökmünün varlığını və ya yoxluğunu gərəkdirmir.
4. Sihhət (الصحة)- Qəzanı qüvvədən salacaq tərzdə ibadətin yerinə yetirilməsidir. Məs: İnsan namazın şərtlərini və ərkanlarını doğru şəkildə yerinə yetirməklə qəzanı qüvvədən salır.
5. Batillik (بطلان) yaxud fasidlik (الفساد)- Qəzanı qüvvədən salmayacaq tərzdə felin edilməsidir. Məs: İnsan zöhr namazını dəstəmazsız qılır.Əsr namazının vaxtında xatırlayır ki,zöhr namazını dəstamazsız qılıb.Namazı batil olacaq, zöhrü isə qəza edəcək.
6. Əzimət (العزيمة)- Ona üstün gələcək əks dəlildən xali olub şəri dəlilnən sabit olan hökmdür. Məs:Təravih namazı.Təravih namazı, onun sünnəliyini qüvvədən salacaq şəri dəlildən xalidir.
7. Rüxsət (الرخصة)- Ona üstün gələcək əks dəlildən xali olmayan şəri dəlilnən sabit olan hökmdür. Məs:Zöhr namazı dörd rükətdir.Ancaq ona üstün gələcək digər şəri dəlilnən səfərdə zöhr namazının iki rükət qılınmasına rüxsət verilmişdir.Daha bir misal:Ölmüş heyvanın ətin yemək şəriətdə haramdır.Ancaq həlak olmamaq üçün ondan həddi aşmamaq və meyl etməmək şərti ilə yemək digər bir şəri dəlillə rüxsət edilmişdir.