İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:
قال أحمد: إذا رفع رأسه من الركوع إن شاء أرسل يديه وإن شاء وضع يمينه على شماله.
Əhməd dedi: Namaz qılan başını rükudan qaldıracağı zaman istəsə əllərini yana buraxacaq, istəsə sağı solun üzərinə qoyacaq."
(Əl-İnsaf:2/64)
İmam Burhanuddin İbn Muflih -rahiməhullah- dedi:
المنصوص عن أحمد: إن شاء أرسلهما، وإن شاء وضع يمينه على شماله.
"Əhməd açıq bildirib ki, insan (rükudan sonra) istəsə əllərini yana buraxacaq, istəsə sağı solun üzərinə qoyacaq."
(Əl-Mubdi':1/451)
İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:
(ثم إن شاء أرسل يديه) من غيرِ وضعِ إحداهما على الأخرى (وإن شاء وضَع يمينه على شِماله نصًّا)، أي: نصَّ أحمدُ على تخييره بينهما)
"(Sonra istəsə əllərini yana buraxacaq). Yəni rükudan sonra bir əlini digərinin üzərinə qoymayacaq. (İstəsə sağı solun üzərinə qoyacaq). İmam Əhməd (namaz qılan şəxsin) bu ikisindən birini seçəcəyini açıq bildirib."
(Kəşşəful qinə':1/348)
Xülasə: Hənbəli məzhəbində rükudan sonra əllərin qoyuluş yerinə dair mötəməd görüş, bunun insanın öz seçiminə buraxılmasıdır. Buna ət-təxyir deyilir. Yeni fəzilət və savab baxımından hər ikisi eynidir. Çünki nə Peyğəmbərdən -salləllahu aleyhi və səlləm-, nə də onun səhabələrindən buna dair açıq bir şey varid olmayıb. Buna görə də, namaz qılan şəxs rükudan sonra istəsə əllərini yana buraxacaq, istəsə bağlayacaq. Ən doğrusunu isə Allah Cəllə və Alə bilir.