İmam Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- buyurdu:


و الصحيح أن التسليمتين ركن في غير الجنازة و سجود التلاوة، و قوله: (و رحمة الله) ركن لا يسقط عمدا و لا سهوا و لا جهلا.


“(Məzhəbdə) səhih olan görüş, cənazə namazı və tilavət səcdəsində istisna olmaqla, hər iki salamın rükun olmasıdır. Habelə salam verənin; (va rahmətullah)- deməsi də, rükundur və qəsdən yaxud səhvən yaxud cahillikdən tərk ediləcəyi zaman, qüvvədən düşmür.”


(Əl-Minəhuş şəfiyət:223-cü səh)


İmam Musa əl-Həccəvi -rahiməhullah- buyurur:


أركان الصلاة أربعة عشر، و هي ما كان فيها و لا يسقط عمدا و لا سهوا و لا جهلا: ... التسليمتان إلا في صلاة جنازة و سجود تلاوة و شكر و نافلة


“Namazın ərkanları on dörddür. Həmin ərkanlar namazın daxilində olur və qəsdən, səhvən və cahillikdən tərk ediləcəyi zaman, qüvvədən düşmür. Bunlardan biri: Cənazə namazı, tilavət səcdəsi, şükr səcdəsi və nafilə ibadətində olan salamlar istisna olmaqla namazın hər iki salamıdır.”


(Əl-İqna:1/204)