Qeyd: Müsəlmanların kafirlərə qarşı döyüşdə əsarətə götürdükləri qadınlara və uşaqlara (əs-səby) deyilir.
İmam Mənsur İbn Yunus əl-Buhuti –rahiməhullah- dedi:
إذا سبي من لم يبلغ مع أحد أبويه فهو مسلم حكما إذا كان سابيه مسلما تبعا له، و به قال الأوزاعي.
و قال أبو الخطاب: يتبع أباه، و هو رواية حكاها القاضي وفاقا لأبي حنيفة و الشافعي، لأنه لم ينفرد عن أبويه فلم يحكم بإسلامه كما لو سبى معهما.
“Həddi-buluğa çatmayan uşaq, valideyinlərindən biri ilə (döyüşdə) əsarətə düşərsə, onu əsir götürən şəxs müsəlman olacağı təqdirdə, uşaq ona aid edilərək hökm olaraq müsəlman hesab olunacaq. Habelə Əuzai bu görüşü demişdir.
Əbul Xattab dedi: Atasına aid edilir. Həmin rəvayəti Qadı (əbu Yalə) Əbu Hənifəyə və Şafiiyə müvafiq olaraq hekayət etmişdir. Çünki o, valideyinlərindən ayrıca əsir götürülməyib. Bu səbəbdən onların hər ikisi ilə birgə əsarətə götürüldüyü halda olduğu kimi bu halda da, ona müsəlman hökmü verilmir.
و قال مالك: (إن سبي مع أبيه تبعه لأن الولد يتبع أباه في الدين كما يتبعه في النسب) و إن سبي مع أمه فهو مسلم، لأنه لا يتبعها في النسب فكذا في الدين.
و لنا: قول النبي - صلى الله عليه و سلم -(كل مولود يولد على الفطرة فأبواه يهودانه أو ينصرانه أو يمجسانه) رواه مسلم. فمفهومه أنه لا يتبع أحدهما لأن الحكم متي علق بشيئين لم يثبت بأحدهما و كما لو أسلم أحدهما، و إن سبي منفردا فمسلم إجماعا، و معهما فعلى دينهما.
Malik isə dedi: Əgər atası ilə birgə əsir götürülsə, ona aid ediləcək. Çünki uşaq nəsəb baxımından atasına aid edildiyi kimi dində də, atasına aid edilir. Ancaq əgər anası ilə birgə əsir götürülsə, bu halda müsəlmandır. Çünki uşaq nəsəb yönündən anasına aid edilmir. Eləcə də, dində aid edilmir.
Bizim dəlilimiz: Allahın Rəsulu -salləllahu aleyhi və səlləm- dedi: “Hər uşaq fitrət üzərə dünyaya gəlir. Onun valideyinləri isə onu yəhudiyə yaxud nəsraniyə yaxud da, məcusiyə çevirirlər.” Muslim rəvayət edib. Hədisdən anlaşılır ki, uşaq valideyinlərinə aid edilmir. Çünki bir hökm iki şey ilə mualləq ediləcəyi (həmin şeylərə bağlanacağı) zaman, onlardan biri ilə sabit olmaz. Valideyinlərdən birinin islama gəlməsi də, buna misaldır. Əgər uşaq təkcə əsir düşərsə, icma ilə müsəlman hesab olunacaq. Valideyinləri ilə birgə əsir düşərsə, onların dini üzərə olacaq.”
(əl-Minəhuş şəfiyət: 374-375-ci səh)
Xülasə: Həddi-buluğa çatmayan uşaq döyüşdə müsəlmanların əlinə əsir düşərsə, üç haldan biri olacaq:
Birinci hal: Valideyinlərindən biri ilə əsarətə düşməsidir. Yəni atası yaxud da, anası ilə əsarətə düşməsidir. Bu halda uşağa müsəlman hökmü verilir.
İkinci hal: Uşağın valideyinsiz, təkcə əsarətə düşməsidir. Bu halda da, uşağa müsəlman hökmü verilir.
Üçüncü hal: Uşağın hər iki kafir valideyini ilə əsir düşməsidir. Bu halda həmin uşağa, onların hökmü şamil edilir. Yəni dünya əhkamlarında ona qeyri-müsəlmanların əhkamları şamil edilir.