İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:


و قوله (و يقص شاربه) بلا نزاع، و هو من المفردات. و للشافعي قول كذلك، و قوله (و يقلم أظفاره). هذا المذهب. و عليه أكثر الأصحاب. و هو من المفردات.


“Müəllif buyurur: (Bığlarını qısaldır). Bu məsələdə (əshab arasında) ixtilaf yoxdur. Həmin məsələ mufradətlardan sayılır. Habelə Şafii bir görüşündə bunu demişdir. Habelə müəllif buyurur: (Dırnaqlarını tutur). Məzhəbin görüşü budur. Əshabın çoxu bu görüş üzərədirlər. Həmin məsələ də, mufradətlardan sayılır.” 


(Əl-İnsaf:2/468)


Alləmə Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


يستحب قص شارب الميت إذا طال، و هذا قول الحسن و بكر بن عبدالله و سعيد بن جبير و إسحاق لقول أنس: اصنعوا بموتاكم ما تصنعون بعرائسكم، ولأن تركه يقبح منظره و فعله مسنون في الحياة و لا مضرة فيه فشرع بعد الموت كالاغتسال. و كذا يسن قص أظافره إذا طالت لما تقدم، و ما أخذ منه جعل معه كعضو ساقط.  


“Meyitin bığı uzanacağı zaman, onu qısaltmaq müstəhəbdir. Bunu Həsən, Bəkr İbn Abdullah, Səid İbn Cubeyr və İshaq demişlər. Çünki Ənəs -radıyəllahu anhu-  buyurub: “Evliliyə hazırlaşan insanlarınızla etdiyinizi, ölülərinizlə edin!” Habelə ölünün həmin hal üzərə buraxılması onun görünüşünü korlayır. Halbuki sağlığında bunu etməsi sünnədir. Həmçinin bunu etməkdə heç bir zərər yoxdur və bu səbəbdən ölümdən sonra qüslun alınması kimi bu da, şəriətdə təsdiqini tapmışdır. Habelə qeyd edilən nəqilə əsasən onun dırnağları uzanacağı zaman, dırnaqları tutmaq sünnədir. Meyitin bədənindən qoparılan hər bir şey, (tüklər, dırnaqlar v.s) onun bədənindən ayrılmış əzası kimi onunla birlikdə edilir (yəni yenidən qüsl edilir və meyit ilə birlikdə dəfn edilir)."


(Əl-Minəhuş şəfiyət:276-cı səh)