1.Əda(الأداء)-şəri olaraq əmr edilmiş ibadəti onun üçün təyin edilmiş vaxtda yerinə yetirməkdir. Məs:İnsanın zöhr  namazını öz vaxtında qılmasıdır.


2.İadə(الإعادة)-İlk ibadətdə olan hansısa bir xələl üzündən ibadətin təkrar olaraq öz vaxtında yerinə yetirilməsidir. Məs:İnsan zöhr namazını qılıb qurtardıqdan sonra anlayır ki,namazı dəstəmazsız qılıb.Namazı dəstəmaz alıb yenidən öz vaxtında qılması iadə adlanır.


3.Qəza(القضاء)-İbadətin hansısa bir üzr və yaxud başqa səbəbdən öz vaxtından xaric vaxtda yerinə yetirilməsidir. Məs:İnsan sübh namazına yatıb qalır.Oyandıqda günün çıxdığını görür.Sübh namazını qəza olaraq yerinə yetirir.