Mərvəzi dedi: Əbu Abdullah (imam Əhməd) -radıyəllahu anhu belə demişdir:
ونحن نؤمن بالأحاديث في هذا ونقرها، ونمرها كما جاءت بلا كيف، ولا معنى إلا على ما وصف به نفسه تعالى، نسأل الله السلامة في الدنيا والآخرة، ونعوذ بالله من الزلل، والارتياب والشك إنه على كل شيء قدير
Biz bu haqda gələn hədislərə iman edir, iqrar edir və necəliyinə və mənasına varmadan gəldiyi kimi onun üzərindən ötürük və yalnız Uca Allahın Özünü vəsf etdiyi kimi vəsf edirik. Allahdan dünyada və axirətdə salamatlıq diləyir və yanlışlıq, habelə şəkk-şübhədən Allaha pənah aparırıq! Həqiqətən O, hər şeyə qadirdir.” (əl-İbənə:7/58)
Hənbəl dedi: Əbu Abdullah (imam Əhməd) Uca Allahın hər gecə dünya səmasına nazil olması, Allahın axirətdə görünməsi, Allahın Öz qədəmini cəhənnəmin üzərinə qoyması və buna bənzər rəvayət edilən hədislər barədə dedi:
نؤمن بها ونصدق بها، ولا كيف ولا معنى، ولا نرد شيئًا منها، ونعلم أن ما قاله الرسول صلى اللَّه عليه وسلم حق إذا كانت بأسانيد صحاح
“Necəlik və məna vermədən ona (sifətlərə) iman edirik və onu təsdiqləyirik. Ondan heç bir şeyi rədd etmirik. Biz bilirik ki, səhih isnadlarla gələcəyi təqdirdə Allah Rəsulunun -salləllahu aleyhi və səlləm- çatdırdıqları haqdır.” (İbtalut təvilət:1/45)
Xalləl dedi: İsa İbn Əli mənə xəbər verdi ki, Hənbəl onlara təhdis edib dedi: Mən Əbu Abdullahdan (İmam Əhməddən) Uca Allahın hər gecə dünya səmasına nazil olması, Allahın axirətdə görünməsi, Allahın Öz qədəmini cəhənnəmin üzərinə qoyması və buna bənzər rəvayət edilən hədislər barədə soruşdum.
Əbu Abdullah (İmam Əhməd) cavab olaraq dedi:
نؤمن بها ونصدق بها ولا كيف ولا معنى ولا نرد منها شيئا
“Necəlik və məna vermədən ona iman edir, onu təsdiqləyir və ondan heç bir şeyi rədd etmirik.” (Kitəbus sünnə lil-xalləl. Zəmmut təvil libni qudamə:22)
İmam Əhmədə ölümündən bir gün öncə sifət hədisləri barədə sual verildi. O dedi:
تمر كما جاءت, ويؤمن بها إذا كانت بأسانيد صحاح, ولا يوصف الله بأكثر مما وصف به نفسه بلا حد ولا غاية, ليس كمثله شىء وهو السميع البصير, ومن تكلم في معناها ابتدع
“Gəldiyi kimi üzərindən keçilir və səhih isnadlarla gələcəyi təqdirdə ona iman edilir. Hədd və qayə nisbət edilmədən, Allah Özünü vəsf etdiyindən daha çox vəsf edilməz. “Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.” Kim onun (sifətlərin) mənası barədə danışsa bidət etmiş olur. (İ`tiqadul iməmil munəbbəl: 87-ci səh)
Yazdı: Şeyx Fəris İbn Fəlih əl-Xəzrəci əl-Hənbəli.