İmam Mənsur İbn Yunus əl-Buhuti əl-Hənbəli -rahiməhullah- dedi:
يشترط التسمية عند إرسال آلة الصيد من سهم أو جارح أو شرك أو منجل و نحوه، فلو ترك التسمية ولو سهوا فصيده محرم لا يباح أكله بخلاف التسمية في الذكاة فتسقط سهوا
“Ox yaxud ov edən heyvan (it, qartal v.s) yaxud tor yaxud oraq və buna bənzər olan ov alətləri göndəriləcəyi (atılacağı) zaman təsmiyə (bismilləh) çəkmək şərtdir. Səhvən olsa da, əgər təsmiyəni tərk edərsə, ovu haram olacaq və onu yemək icazəli olmayacaq. Kəsilən heyvanın hökmü isə fərqlidir və səhvən (tərk ediləcəyi zaman təsmiyənin vacibliyi) qüvvədən düşür.”
Xülasə:
Birinci məsələ: Ova çıxan şəxs şikarı tutmaq üçün öyrədilmiş iti yaxud qartalı göndərəcəyi yaxud ox və ya güllə atacağı yaxud tor və digər ov alətlərini istifadə edəcəyi zaman, onun üzərinə bismilləh çəkməsi şərtdir. Əgər bunu etməyi unutsa yaxud səhvən deməsə, ov heyvanını yemək haram olacaq.
İkinci məsələ: İnsan heyvanı kəsəcəyi zaman, onun üzərinə bismilləh çəkməsi lazımdır. Ancaq əgər müsəlman heyvanı kəsdiyi zaman bismilləh deməyi unutsa yaxud səhvən deməsə, kəsilən ət halal olacaq.
(Minəhuş şəfiyət:750-ci səh)