Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


عن كعب بن مالك عن أبيه (أنَّهُ كَانَتْ لهمْ غَنَمٌ تَرْعَى بسَلْعٍ، فأبْصَرَتْ جَارِيَةٌ لَنَا بشَاةٍ مِن غَنَمِنَا مَوْتًا، فَكَسَرَتْ حَجَرًا فَذَبَحَتْهَا به، فَقالَ لهمْ: لا تَأْكُلُوا حتَّى أَسْأَلَ النَّبيَّ صَلَّى اللهُ عليه وسلَّمَ -أَوْ أُرْسِلَ إلى النَّبيِّ صَلَّى اللهُ عليه وسلَّمَ مَن يَسْأَلُهُ- وَأنَّهُ سَأَلَ النَّبيَّ صَلَّى اللهُ عليه وسلَّمَ عن ذَاكَ -أَوْ أَرْسَلَ- فأمَرَهُ أن يأَكْلِهَا) رواه أحمد و البخاري، و فيه الفوائد: إباحة ذبيحة المرأة و الأمة و الحائض، لأنه صلى الله عليه و سلم لم يستفصل


“Kəb İbn Malik atasından rəvayət edir ki, onların Mədinənin yaxınlığında Səl adlanan yerdə otlayan qoyunları var idi. Bizim cariyəmiz qoyunlarımızdan birinin ölüm ayağında olduğunu gördü. Bu an bir daşı qırıb onunla həmin qoyunu kəsdi (boğazladı). Atası dedi: Peyğəmbərdən -salləllahu aleyhi və səlləm- bunu soruşmayınca həmin heyvanı yeməyin! Yaxud Peyğəmbərdən-salləllahu aleyhi və səlləm- bu məsələni soruşacaq şəxs onun hüzüruna göndərildi. O da, bunu Peyğəmbərdən -salləllahu aleyhi və səlləm- soruşdu yaxud göndərilən şəxs bunu soruşdu, Peyğəmbər isə onu yeməyi əmr etdi.” Hədisi Əhməd və Buxari rəvayət ediblər. Bu hədisdən çıxan faydalardan biri də; qadının yaxud kənizin yaxud heyzli qadının kəsdiyi heyvanın mübah olmasıdır. Çünki Allahın Elçisi -salləllahu aleyhi və səlləm- məsələnin təfərruatını soruşmadı.” (Kəşşəful qina:6/206)


Həmçinin digər bir kitabda Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


ففيه إباحة ذبيحة المرأة والأمة والحائض والجنب ؛ لأنه صلى الله عليه وسلم لم يستفصل عنها


Hədisdən çıxan faydalardan; qadının, kənizin, heyzli qadının və cünublunun kəsdiyi heyvanın mübah (halal) olmasıdır. Çünki Allahın Elçisi -salləllahu aleyhi və səlləm- məsələnin təfərruatını soruşmadı.” (Şərhu muntəhəl iradət:3/417)


İbn Qudamə əl-Məqdisi -rahiməhullah- dedi:


وتباح ذبيحة الحائض ؛ لأنها في معنى الجنب


“Heyzli qadının kəsdiyi heyvan mübahdır. Çünki həmin qadın, cünublu şəxsin mənasındadır (hökmündədir).” (əl-Muğni:11/61)


Xülasə: 


-Qadın heyvanı yaxud quşu kəsə bilər və qadının kəsdiyi ət digər insanlar üçün mübahdır.


-Qadının kəniz olması yaxud onun heyzli olması hökmü dəyişmir. Onların kəsdikləri heyvanı yemək olar.


-Habelə cünublu şəxsə heyvanı kəsmək icazəlidir.