Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:


لا يجب على المسبوق قضاء ما فاته من التكبير بل يخير لحديث عائشة قالت: يا رسول الله، إني أصلى على الجنازة و يخفى علي بعض التكبيرات، قال: (ما سمعت فكبري و ما فاتك فلا قضاء عليك)، و لأنها تكبيرات متواليات حال القيام فلم يجب ما فات منها كتكبيرات العيد.


“Cənazə namazına yarımçıq qoşulan şəxsin, qaçırdığı təkbirləri qəza etməsi vacib deyil. Bu halda istədiyini seçir. Çünki hədisdə gəlir ki, Aişə demişdir: Ey Allahın Elçisi! Bəzən cənazə namazını qılıram və bəzi təkbirlər mənə gizli qalır. Peyğəmbər -salləllahu aleyhi və səlləm- dedi: “Eşitdiyin təkbirləri gətir! Qaçırdığın təkbirləri isə qəza etməyinə gərək yoxdur.” Çünki o, qiyam halında ardıcıl gələn təkbirlərdir. Bu səbəbdən, bayram namazının təkbirlərində olduğu kimi qaçırılan təkbirləri gətirmək vacib olmamışdır.” (əl-Minəhuş şəfiyət:281-ci səh)


Xülasə: 


İnsan cənazə namazına gecikib, misal üçün ikinci yaxud üçüncü təkbirdə camaata qoşulacağı zaman, öncə gətirilmiş təkbirləri qəza etməsi vacib olmayacaq. Ancaq qaçırdığı təkbirləri qəza etməsi vacib olmasa da, cənazə namazının əcrinə kamil şəkildə yiyələnmək üçün onu qəza etməsi müstəhəbdir. Bayram namazı da, eyni hökümdədir.