Ucalıq sifətini xüsusi qeyd etməkdə məqsəd, hənbəli imamlarının Allahın zatı ucalığını isbat etmələrindən ötrüdür. Onlar bir çox digər firqələrdən fərqli olaraq Allahıh zatı ucalıq sifətini, həmçinin Uca Allahın kəlam sifətinin səs və hərfdən ibarət olmasını isbat edirlər və sifətləri məcazi mənalarla təvil etməyi tərk edirlər. Onlar yalnız sələf imamlarının təvil etdikləri sifət ayələrini təvil etmiş, sələfin susduğu xəbərlər barədə susmuşlar.
Hənbəli imamlarına görə
ucalıq, Allahın zatı sifətlərindəndir. İsteva sifətinə gəldikdə isə, hənbəlilərin
bu sifət barədə iki sözü vardır. Onlardan bəziləri bunun feli, bəziləri isə
zatı sifət olduğunu demişlər. Lakin onların bu ixtilafı ləfzidir və nəticə
etibarı ilə eyni mənanı kəsb edir.
İbn Zəğuni əl-Hənbəli hənbəli
imamlarının bu ixtilafını nəql edərək dedi:
الاستواء صفة استحقها البارىء لذاته وظهورها
اقترن بوجود فعل فى غيره ، وعلى هذا قال بعض اصحابنا ان الاستواء صفة فعلية، وقد قال قوم من اصحابنا ان الاستواء على العرش من
صفات الذات وانما ظهر بفعل فى غير ذاته تعالى والمعنى فى القولين يتقارب لانهما
يرجعان فى التحقيق الى مورد واحد
İsteva, Uca Allahın Öz
Zatında layiq olduğu bir sifətdir. Onun zühuru isə başqasında baş vermiş felin
mövcudluğu ilə birləşmişdir. Buna əsasən bəzi əshabımız demişlər ki, isteva
feli sifətdir. Əshabımızdan bir başqaları isə demişlər ki, ərşə isteva etməsi
zatı sifətlərdəndir. O yalnız Uca Allahın zatından qeyrisində fel ilə zahir
olmuşdu. Hər iki sözün mənası bir-birinə yaxındır. Çünki hər iki söz nəticədə
bir əsasa qayıdır.
Əbul Fədl ət-Təmimi əl-Hənbəli
-rahiməhullah- dedi:
وكان يقول في معنى
الاستواء هو العلو والارتفاع ولم يزل الله تعالى عاليا رفيعا قبل أن يخلق عرشه فهو
فوق كل شيء والعالي على كل شيء وإنما خص الله العرش لمعنى فيه مخالف لسائر الأشياء
والعرش أفضل الأشياء وأرفعها فامتدح الله نفسه بأنه على العرش أستوى أي عليه علا
ولا يجوز أن يقال أستوى بمماسة ولا بملاقاة تعالى الله عن ذلك علوا كبيرا والله
تعالى لم يلحقه تغير ولا تبدل ولا تلحقه الحدود قبل خلق العرش ولا بعد خلق العرش وكان ينكر على من يقول إن الله في كل مكان بذاته لأن الأمكنة كلها
محدودة
İmam Əhməd isteva kəlməsinin
mənası barədə deyərdi: Ucalıq və yüksəklikdir. Uca Allah ərşini yaratmazdan öncə
uca və yüksək idi. O hər bir şeyin fövqündədir, hər bir şeyin üzərindədir. Uca
Allahın, ərşi xüsusiləşdirməsi yalnız onda digər əşyalara müxalif olan mənadan
ötrüdür. Ərş bütün əşyaların ən fəzilətlisi və yüksəkdə olanıdır. Bu səbəbdən
Uca Allah ərşin üzərinə isteva etməsi, yəni ucalması ilə Özünü öymüşdür. Onun
toxunaraq yaxud təmas edərək isteva etməsini demək icazəli deyil. Uca Allah
bundan münəzzəhdir. Uca Allaha, istər ərşi yaratmazdan öncə istərsə də, sonra dəyişiklik
və təbəddül üz verməz və hüdudlar Onu çərçivəyə salmaz. İmam Əhməd Allahın zatı
ilə hər yerdə olduğunu deyən şəxslərə irad bildirərdi. Çünki məkanların hamısı
məhduddur. (İtiqadul iməmil mubəccəl)
Abdul-Bəqi
əl-Məvahibi əl-Hənbəli -rahiməhullah- təlif etdiyi əl-Aynu val əsər fi aqaidi əhlil
əsər kitabında demişdir:
وقد أعلمنا جل ذكره أنه استوى على عرشه ولم يخبر كيف استوى ومن اعتقد أن
الله مفتقر للعرش أو لغيره من المخلوقات أو أن استواءه على العرش كاستواء
المخلوقات على كرسيه فهو ضال مبتدع فكان الله ولا زمان ولا مكان وهو الآن على ما
عليه كان
Uca Allah bizə əşrə isteva
etməsini bildirib lakin necə isteva etdiyini xəbər verməyib. Kim də, Allahın əşrə
yaxud digər bir məxluqa möhtac olduğunu yaxud Onun ərşə isteva etməsinin məxluqatın
kürsünün üzərinə isteva etmələri kimi olduğunu etiqad etsə, beləsi azmış bidətçidir.
Allah var idi, zaman və məkan isə yox idi. O hal-hazırdada olduğu halı üzərədir.
(əl-Aynu val-əsər fi aqaidi əhlil əsər:60-61)
Mər`i
bin Yusuf əl-Kərmi əl-Məqdisi əl-Hənbəli –rahiməhullah- dedi:
ومن المتشابه الاستواء في قوله تعالى: الرحمن على العرش استوى وقوله: ثم
استوى على العرش وهو مذكور في سبع آيات من القرآن ، فأما السلف فإنهم لم يتكلموا في ذلك
بشيء جريا على عادتهم في المتشابه من عدم الخوض فيه مع تفويض علمه إلى الله تعالى
والإيمان به ..ويروى عن الشعبي أنه سئل عن الاستواء فقال : هذا من متشابه القرآن نؤمن به ولا نتعرض لمعناه
وعن الشافعي أنه قال لما سئل عن الاستواء آمنت بلا تشبيه وصدقت بلا تمثيل واتهمت نفسي في الإدراك وأمسكت عن الخوض غاية
الإمساك وعن أحمد بن حنبل أنه قال استوى كما ذكر لا كما يخطر للبشر ، وكلام السلف مستفيض بمثل هذا
Mütəşabih
sifətlərdən biri də istevadır. Uca Allah buyurur: “Rəhman olan Allah ərşə
isteva etdi.” Habelə buyurur: “Sonra ərşə isteva etdi.” Bu isə Qurani Kərimin
yeddi ayəsində keçir. Sələf, mütəşabihlərə dair adətlərinə uyğun olaraq bu
haqda heç bir şey danışmamışlar. Onlar onun barəsində danışmaz bununla yanaşı
elmini Uca Allaha həvalə edər və buna iman edərdilər.
İmam Şa`bidən rəvayət
edilir ki, ondan isteva barədə soruşulduğu zaman belə demişdi: Bu, Quranın mütəşabihlərindəndir.
Biz ona iman edir və onun mənasına baş vurmuruq. Həmçinin Şafiidən nəql edilir
ki, ona isteva barədə sual verildikdə dedi: Bənzətmədən iman etdim, oxşatmadan
təsdiq etdim, onu idrak etməkdən özümü qüsurlu gördüm və onun barəsində
danışmaqdan qəti olaraq çəkindim. İmam Əhmədə həmçinin isteva barədə sual
verildikdə dedi: İnsanın ağlına gəldiyi kimi deyil xəbər verdiyi kimi isteva
etdi. Sələf imamlarının buna bənzər sözləri həddən artıq çoxdur.” ( Əqavilus
siqat:1/120-121)