İbn Mibrad əl-Hənbəli -rahiməhullah- təlif etdiyi Muğni zəvil əfhəm kitabında dedi:


ولا يجوز لأحدٍ: انتقاص أحد من الأئمة الأربعة ولا ذم مذهبه، ومتبع ذلك لا يُقال له أنه على الباطل، ولا يعاقب على اتِّباعه، ويجوز للمجتهد مخالفة المذاهب الأربعة، ومن تمذهب بمذهب: لزمه أن يأخذ برخصه وعزائمه ولا يجوز تتبع الرخص من كل مذهب، ولا لمن تمذهب بمذهب: مخالفته  


Heç bir adama dörd imamdan hər hansı birinin şənini azaltması və onun məzhəbini məzəmmət itməsi icazəli deyil. Onlardan birinin məzhəbinə tabe olan insanın batil üzərə olduğu deyilməz.  Habelə ona tabe olan şəxs (buna görə) cəzalanmaz. Müctəhidin isə dörd məzhəbə (yəni onlardan hər hansı birinə) müxalif olması icazəlidir. Bir məzhəbə bağlanan kimsənin, onun rüxsətlərini və əzimətlərini götürməsi gərəkdir. İnsanın hər məzhəbdən rüxsətləri (yəni ona asan gələcək yaxud onun nəfsinə xoş gələcək şeyləri) axtarması isə icazəli deyil. Həmçinin məzhəbə bağlanan kimsənin də, ona müxalif olması icazəli deyil.


İmam İbn Qundus əl-Hənbəli -rahiməhullah- dedi:


العالمُ إذا حكى قولَ غيره ولم يخالفه فالظاهر أنَّه يقولُ به 


Əgər bir alim digər adamın sözünü hekayət edərkən ona müxalif olmursa, bu halda üstün olan, həmin alimin də, o görüşdə olmasıdır. 

(Haşiyətu aləl furu:8/216)


Alləmə Mər`i İbn Yusuf əl-Kərmi əl-Hənbəli -rahmətullahi aleyhi- dedi:


والذي عليه الجمهور أنه يجب على من ليس فيه أهلية الاجتهاد أن يقلد أحد الأئمة المجتهدين، سواء كان عالما أم ليس بعالم  


Cumhur alimlərinin görüşünə görə ictihad əhliyyətinə sahib olmayan birisinin, istər o alim olsun istərsə də alim olmasın müctəhid olan imamlardan birinə təqlid etməsi vacibdir.  

(Tənviru bəsairil muqallidin:295-ci səh)