İmam Aləuddin əl-Mərdavi -rahiməhullah- dedi:


الصَّحيحُ مِنَ المذهبِ، أنّ النَّظَرَ إلى موْضِعِ سُجودِه مُسْتَحَبٌّ في جميعِ حالاتِ الصَّلاةِ. وعليه أكثرُ الأصحابِ. وقال القاضي، وتَبِعَه طائفةٌ منَ الأصحابِ: ينْظُرُ إلى موْضِعِ سُجودِه، إلّا حالَ إشارَتِه في التَّشَهُّدِ، فإنّه ينْظُرُ إلى سبّابَتِه.

فائدة: الذي يظْهَرُ، أنّ مُرادَ مَن أطْلَقَ في هذا البابِ، غيرُ صلاةِ الخوْفِ إذا كان العَدُوُّ في القِبْلَةِ، فإنهم لا ينظرون إلى موضع سجودهم، و إنما ينظرون إلى العدو. و كذا إذا اشتد الخوف أو كان خائفا من سيل، أو سبع، أو فوت الوقوف بعرفةـ أو ضياع ماله، و شبه ذلك مما يحصل له به ضرر إذا نظر إلى موضع سجوده، فإنهم لا ينظرون في هذه الحالات إلى موضع سجودهم، بل لا يستحب، ولو قيل بتحريم ذلك لكان قويا، بل لعله مرادهم.


Məzhəbin səhih görüşünə əsasən, səcdə yerinə baxmağın, namazın bütün hallarında müstəhəb olmasıdır. Əshabın çoxu bu görüş üzərədirlər. Qadı (Əbu Yalə) demişdir və əshabdan bir sıra alimlər ona tabe olmuşlar: Təşəhhüddə barmağı ilə işarə etməsi halı istisna olmaqla, insan səcdə yerinə baxır. Bu halda (təşəhhüddə işarə etdiyi halda) insan şəhadət barmağına baxır. 


Fayda: Zahir olan, bu mövzuda mütləq olaraq danışanların, düşmənin qiblə istiqamətində olacağı zaman qorxu namazından qeyrisini qəsd etmələridir. Çünki bu halda onlar səcdə yerinə baxmırlar. Onlar yalnız düşmən tərəfə baxırlar. Habelə insan şiddətli qorxu içində olacağı yaxud daşqından və ya vəhşi heyvandan qorxacağı və ya Arafada durmağı əldən verəcəyindən qorxacağı və ya malının tələf olmasından qorxacağı zaman (insan səcdə yerinə baxmır). İnsanın səcdə yerinə baxacağı zaman bununla ona zərər gələcəyi hal, qeyd olunan hallara bənzəyir. Bütün bu hallarda insanlar səcdə yerinə baxmırlar. Üstəlik bunu etmək müstəhəb hesab olunmur. Hətta bu əməlin haram olduğu deyilsəydi, güclü görüş hesab olunacaqdı. Ola bilsin də ki, onların qəsdi məhz budur (qeyd olunan hallarda bunun haram olmasıdır). 


(əl-İnsaf:2/46-47)