İmam İbn Nəccar əl-Hənbəli -rahiməhullah- dedi:
ومن جامع في يوم ثم جامع في آخر ولم يكفر لزمته ثانية كمن أعاده في يومه بعد أن كفر
Əgər biri Ramazanın günortası cinsi əlaqəyə girsə, daha sonra birinci günün kəffarəsini vermədən digər gündə yenidən cinsi əlaqəyə girsə, (birinci ilə yanaşı) ikinci kəffarəni də, verməsi lazım olacaq. Eynilə əgər biri (cinsi əlaqənin) kəffarəsini verəndən sonra eyni gündə ikinci dəfə cinsi əlaqəyə girsə (ikinci) kəffarəni verəcək. (Muntəhəl iradət:2/369)
Mənsur İbn Yunus əl-Buhuti -rahiməhullah- dedi:
و إن جامع في يومين من رمضان واحد و لم يكفر لليوم الأول فعليه كفارتان، لأن كل يوم عبادة ... و إن جامع ثم جامع قي يوم واحد قبل التكفير فعليه كفارة واحدة
Əgər insan bir Ramazanın iki günündə cinsi əlaqəyə girib birinci günün kəffarəsini verməsə, ona iki kəffarəni vermək vacib olacaq. Çünki hər gün ayrı bir ibadətdir ... Ancaq əgər bir adam (Ramazan ayının günortası) cinsi əlaqəyə girərsə və həmin əlaqənin kəffarəsini vermədən həmin gündə növbəti dəfə cinsi əlaqəyə girərsə, ona yalnız bir kəffarə vermək vacib olacaq. (Kəşşəful qina:2/326)
Məsələnin izahı:
Birinci hal: Üzr sahiblərindən olmayan bir insan Ramazanın günortası cinsi əlaqəyə girir və əlaqənin kəffarəsini vermir. Növbəti gündə yenidən günorta vaxtı cinsi əlaqəyə girir. Bu halda həmin şəxs həm birinci günün kəffarəsini, həm də ikinci günün kəffarəsini verməlidir. İki kəffarə verməlidir. Məlum olur ki, insan Ramazan ayının günortası ayrı günlərdə cinsi əlaqəyə girərsə, onun birinci günün kəffarəsini verib verməməsi heç bir önəm daşımayacaq və insan cinsi əlaqədə olduğu hər günün kəffarəsini ayrılıqda ödəməlidir.
İkinci hal: İnsan Ramazanın günortası cinsi əlaqəyə girir və əlaqənin kəffarəsini vermir. Bunun ardından həmin gündə ikinci dəfə cinsi əlaqəyə girir. Belə olan halda həmin şəxs yalnız bir kəffarə ödəyəcək. Ancaq əgər insan Ramazanın günortası cinsi əlaqəyə girəndən sonra onun kəffarəsini ödəsə və bunun ardından eyni gündə təkrar cinsi əlaqəyə girsə, ona ikinci dəfə kəffarəni ödəmək vacib olacaq.
Ramazanın günortası cinsi əlaqənin kəffarəsi:
Tərtibat:
1-Bir qul azad etməkdir.
2-Bunu edə bilməyən üçün iki ay dalbadal oruc tutmaqdır.
3-Bunu edə bilməyən üçün altmış yoxsulu yedizdirməkdir.
Qiyas: Hənbəli imamları həmin hökmə dair orucu həccə qiyas etmişlər. Birləşdirici amil, hər ikisinin cinsi əlaqə nəticəsində kəffarəni vacib edən ibadət olmasıdır. Cinsi yaxınlığın təkrarlanması ilə kəffarə də, təkrarlanır.