İmam Məsnur bin Yunus əl-Buhuti -rahiməhullah- dedi:
أو تمضمض أو استنشق فدخل الماء حلقه بلا قصد أو بلع ما بقي من أجزاء الماء بعد المضمضة لم يفسد ولو تمضمض أو استنشق فوق ثلاث أو بالغ فيهما أو كانا لنجاسة ونحوها كقذر لم يفسد
Əgər oruclu ağzını yaxalasa yaxud burnuna su aparsa, nəticədə qəsdsiz olaraq boğazına su getsə yaxud ağzını yaxaladıqdan sonra ağzında qalan suyu udsa orucu pozulmayacaq. Hətta üç dəfədən çox ağzını yaxalasa yaxud burnuna su aparsa və ya bu şeylərdə mübaliğa etsə yaxud (madmada və istinşaq) nəcasətli və buna bəznər çirkli şeydən ötrü olsa orucu pozulmayacaq. (Dəqaiqu ulin nuhə şərhul muntəhə:2/365)
Hənbəli alimlərinin dəlilləri:
Hədis: İbn Ömər -radıyəllahu anhu- Allah Rəsulundan -salləllahu aleyhi va səlləm- oruclu insanın qadını öpməsi barədə soruşduqda Peyğəmbər dedi: Oruclu olduğun halda bir qabdan ağzını yaxalamağın barədə nə deyirsən? Dedim: Bir qəbahət görmürəm. O dedi: Bu da, onun mislindədir. (Hədisi Əbu Davud rəvayət edib)
Qiyas: Suyun qəsdsiz olaraq boğaza çatması bir insanın boğazına ixtiyarsız olaraq milçəyin yaxud tozun girməsinə qiyas edilib.