Musa əl-Haccəvi əl-Hənbəli -rahiməhullah- dedi
يجوز تقبيل المصحف وعنه يستحب.
Qurani Kərimi öpmək icazəlidir. İmam Əhməddən gələn başqa bir rəvayətə görə isə müstəhəbdir. (Ğizəul əlbəb şərhu mənzumətil ədəb)
Mustafa ər-Ruheybəni Əl-Hənbəli -rahiməhullah- Mətalibu ulin nuhə kitabında dedi:
(وَ) يُبَاحُ (تَقْبِيلُهُ) قَالَ النَّوَوِيُّ فِي التِّبْيَانِ: رَوَيْنَا فِي مُسْنَدِ الدَّارِمِيِّ بِإِسْنَادٍ صَحِيحٍ عَنْ ابْنِ أَبِي مُلَيْكَةَ أَنَّ عِكْرِمَةَ بْنَ أَبِي جَهْلٍ كَانَ يَضَعُ الْمُصْحَفَ عَلَى وَجْهِهِ وَيَقُولُ: كِتَابُ رَبِّي كِتَابُ رَبِّي وَنَقَلَ جَمَاعَةٌ الْوَقْفَ فِيهِ.
Quranı öpmək icazəlidir. Nəvəvi ət-Tibyən kitabında dedi: Dəriminin müsnədində səhih isnadla Əbu Muleykədən rəvayət etmişik ki, İkrimə İbn Əbu Cəhl Quranı üzünə qoyar və belə deyərdi: "Rəbbimin Kitabı, Rəbbimin Kitabı!" Bir qism alimlər bunu məuquf olaraq nəql etmişlər.