İmam Musə əl-Həccəvi -rahiməhullah- əl-İqna adlı kitabında dedi:


و إن لم يسجد القارىء لم يسجد المستمع


Əgər Quranı oxuyan tilavət səcdəsinə getməsə, onu dinləyən insan da, səcdə etməz.


Şəmsuddin İbn Muflih -rahiməhullah- əl-Furu kitabında dedi:


و إن لم يسجد التالي لم يسجد المستمع


Tilavət edən səcdəyə getməsə, onu dinləyən də, səcdəyə getməz.


Aləuddin əl-Mərdavi -rahiməhullah- əl-İnsaf kitabında dedi:


فإن لم يسجد القارىء لم يسجد، هذا المذهب، نص عليه، و عليه أكثر الأصحاب، و هو من المفردات


Əgər Quranı qiraət edən şəxs səcdəyə getməsə, onu dinləyən də, səcdə etmir. Məzhəbin görüşü budur və İmam Əhməd bunu açıq bildirib. Habelə əksər əshab bu görüş üzərədirlər. Həmin görüş də, məzhəbin mufradətidir.


Fayda: Hənbəlilərin bu görüşündən çıxan bəzi məsələlər: 


Əgər bir insan Quranın səs yazısını, istər audio istərsə də, video səs yazısını dinlədikdə tilavət səcdəsinin yeri gəlsə, onu dinləyən şəxs tilavət səcdəsinə getməyəcək.


Habelə uzaq bir yerdən Quranın sədasını eşidən şəxs səcdə yerində tilavət səcdəsinə getməyəcək.