İmam Şəmsuddin İbn Muflih əl-Hənbəli -rahiməhullah- əl-Furu kitabında dedi:


ويكره وضعهما على صدره نصَّ عليه أحمد 


"Namaz qılanın əllərini sinəsinin üzərinə qoyması məkruhdur. Əhməd bunu açıq şəkildə bildirdi."


İbnul Qayyim -rahiməhullah- Bədəiul fəvaid:3/982 kitabında dedi:


قال -يعني: الإمام أحمد- في رواية المزني: أسفل السرة بقليل، ويكره أن يجعلهما على الصدر؛ وذلك لما روي عن النبي -صلى الله عليه وسلم- أنه نهى عن التكفير 



“Əl-Muzəninin rəvayətində imam Əhməd dedi: (Qiyamda) əllər qöbəkdən azca aşağıda olur. Əlləri sinəyə qoymaq isə məkruhdur. Çünki Allah Rəsulundan -salləllahu aleyhi və səlləm- rəvayət edilir ki, o namazda təkfir duruşunu qadağan etdi.”


İmam Əhmədin oğlu Abdullah atasından İsmail İbn Uleyyənin hədisi barədə soruşduğu zaman o belə dedi:


"يكره التكفير في الصلاة "، قال أبي: التكفير: أن يضع يمينه عند صدره في الصلاة .


Namazda təkfir məkruhdur. Atam belə dedi: Təkfir: Namazda sağ əlini sinəsində etməsidir. (Tabaqatul hənəbilə:1/16)