Xəbəri sifətlərin mənalarını ərəb dili etibarı ilə anlamağın gərəkli olduğunu iddia edənlər, buna dair əsasən İmam Malikdən isteva barədə gələn sözlərini dəlil kimi gətirirlər və bununla da, imam Malikin isteva məlumdur sözü ilə Uca Allahın isteva sifətini ərəb dilinin tələblərinə uyğun məlum olduğunu iddia edirlər.
Əslində həmin sözlər ilk
olaraq Ummu Sələmədən –radıyəllahu anhə- nəql edilmişdir. Daha sonra imam Malik
həmin sözləri söyləmiş və bu sözlər ondan məşhur olmuşdu. İndi isə onların bu
sözlərinə açıqlama gətirən imamların sözlərinə nəzər yetirək.
İbn Qudamə -rahiməhullah-
təlif etdiyi Zəmmut təvil adlı kitabda dedi:
وقولهم "الاستواء غير مجهول" أي غير مجهول الوجود لأن الله
تعالى أخبر به ، وخبره صدق يقيناً لا يجوز الشك فيه ولا الارتياب فيه ، فكان غير
مجهول لحصول العلم به
Onların: İsteva məlumdur,-demələri,
yəni varlığı etibarı ilə isteva naməlum deyil. Çünki Uca Allah isteva etməsini
xəbər verib. Onun xəbəri isə qəti olaraq doğrudur və onda şəkk-şübhə etmək icazəli
deyil. Onun barədə elmin hasil olması səbəbilə o məchul olmamışdı.
İbn
əz-Zağuni –rahiməhullah- Allahın isteva sifəti barədə danışarkən dedi:
قالوا : فما معنى قول ام سلمة الاستواء معلوم والكيف مجهول اذا كان معلوم فكيف يكون
من المتشابه والمتشابه ما لا يعلمه الا الله تعالى قلنا :المراد بقولهم الاستواء معلوم اى هذه الصفة مضافة الى البارىء تعالى ثابته
له، فاما الاطلاع على معناه والوقوف على حقيقته فذلك امر يعود الى الكيفية
وهو الذى قالت فيه والكيف مجهول والجهالة منه من جهة انه لا سبيل لنا الى اثبات ما يتعلق
الكيفية به فان الكيفية تبع للماهية ولا سبيل لنا الى اثباتها فجهل الامر فى
الكيفية لذلك
Dedilər: Elə isə Ummu Sələmənin
isteva məlum, keyfiyyət isə məchuldur sözlərinin mənası nədir. Əgər isteva məlumdursa,
onun mütəşabih olduğunu necə deyilə bilər? Çünki mütəşabih yalnız Uca Allahın
bildiyidir. Biz deyəcəyik: Onların isteva məlumdur sözlərində qəsdi, yəni həmin
sifət Uca Allaha izafət edilir və Ona nisbətdə sabitdir.
Onun mənasını bilməyimiz və
onun həqiqətinə agah olmağımız isə keyfiyyətə gətirib çıxaran bir məsələdir. Məhz
onun haqda keyfiyyət məchuldur demişdir. Onun məchulluğu, keyfiyyətlə bağlı
olan şeyi isbat etməyimizin mümkünsüz olması yönündəndir. Çünki keyfiyyət
mahiyyətə birləşik bir şeydir. Bu səbəbdən onu isbat etmək mümkünsüzdür.
Keyfiyyətdə məchulluq məsələsi məhz bundan ötrüdür.
Mər`i bin Yusuf əl-Kərmi -rahiməhullah-
yazdığı Əqavilus siqat adlı kitabında dedi:
والذي يقتضيه صريح اللفظ أن المراد بقولهم " الاستواء معلوم"
أي وصفه تعالى بأنه على العرش استوى معلوم بطريق القطع الثابت بالتواتر فالوقوف
على حقيقة أمر يعود إلى الكيفية وهو الذي فيه "والكيف مجهول" والجهالة
فيه من جهة أنه لا سبيل لنا إلى معرفة الكيفية فإن الكيفية تبع للماهية
Açıq ifadənin tələbi
olaraq: İsteva məlumdur,- sözlərindəki məqsəd, yəni Uca Allahın əşrə isteva etməsinin
məlum olmasıdır. Bu da qəti və sabit olan mütəvatir bir yolla blinir. Lakin
onun həqiqətinə vaqif olmaq keyfiyyətə qayıdan bir məsələdir. Məhz onun barəsində:
Necəlik isə məchuldur,-demişdir. Məchulluq isə bizim keyfiyyəti bilməyimizin
mümkünsüz olmasından ötrüdür. Keyfiyyət isə mahiyyətə bağlı olan bir şeydir.
İmam Səffərini -rahiməhullah-
Ləvamiul ənvaril bəhiyyə kitabında dedi:
فمعنى قول أم سلمة – رضي الله عنها – في الحديث ومن نحا نحوها من الأئمة
: "الاستواء معلوم " أي وصفه تعالى بأنه تعالى على العرش استوى استواء
معلوم بطريق النقل الثابت بالتواتر ، وأما الوقوف على حقيقة أمر يعود إلى الكيفية
فمجهول ، والجهالة فيه من جهة أنه لا سبيل لنا إلى معرفة الكيفية لأنها تبع للماهية
Ummu Sələmənin –radıyəllahu
anhə- hədisdə, həmçinin onun mislində bu sözü deyən imamların: İsteva məlumdur,-
sözlərinin mənası, yəni Uca Allahın, sabit olan mütəvatir nəql vasitəsilə bilinən
isteva ilə ərşinə isteva etməsilə vəsf olunmasıdır. Onun həqiqətinə vaqif olmaq
isə keyfiyyətə qayıdan bir məsələ olduğu üçün məchuldur. Onda olan məchulluq isə bizim keyfiyyəti bilməyimizin
mümkünsüz olmasından ötrüdür. Çünki keyfiyyət mahiyyətə bağlı olan bir şeydir.
İmamlardan gələn bu sözlərdən
aydın olur ki, onlar isteva məlumdur dedikləri zaman mənanın məlum olması deyil
varid olması yönündən məlumluğu barədə danışmışlar.