Birinci üsul:
Quran və səhih Sünnə.


İkinci üsul: Səhabələrin fətvalarıdır. ( Səhabələrin arasında ixtilafın olduğu  bilinməyən fətvalardır) Digər təbirlə deyilsə, səhabələrin yekdilliyidir.


Üçüncü üsul: Səhabələrin ixtilaf etdiyi görüşlər içindən Quran və Sünnəyə daha yaxın hesab etdiyi səhabənin görüşünü seçməsidir.


Dördüncü üsul: Mürsəl və zəif hədisi götürməkdir. (Zəif deyildiyi zaman isnadinda yalançının yaxud yalanda ittiham olunan şəxsin olmaması yaxud batil və münkər rəvayətin olmaması qəsd edilir.)


Beşinci üsul: Qiyas. İmam Əhməd qiyasa zərurət halında əl atardı.