İmam Mənsur əl-Buhuti -rahiməhullah- dedi:
نصَّ أحمد فيمن صلى ركعة من فريضة منفرداً، ثم حضر الإمام وأقيمت الصلاة: يقطع صلاته ويدخل معهم. فيتخرج منه قطع النافلة بحضور الجماعة بطريق الأولى
İmam Əhməd bildirib ki, fərz namazından bir rükəti tək qılan şəxs, imam gələndən sonra namaza iqamə verildikdə öz namazını kəsir və onlarla birgə namaza daxil olur. Bu məsələdən təxric edilir ki, camaat namazı üçün nafilə namazını kəsmək daha uyğundur. (ər-Raudul murbi:85)
Həmçinin imam Buhuti -rahiməhullah- dedi:
وعن أحمد فيمن صلى ركعة من فرض منفرداً، ثم أقيمت الصلاة: أعجب إلي أن يقطعه ويدخل معهم. وعلى هذا فقطع النفل أولى
İmam Əhməd bir rəvayətdə fərz namazından bir rükəti tək qıldığı halda camaat namazına iqamə verilən şəxs barədə dedi: "Onun namazını kəsib camaatla birgə namaza daxil olmasını bəyənirəm." Bu sözə əsasən nafiləni kəsmək daha uyğundur.. (Şərhul muntəhə:1/177)