Muhənnə dedi: İmam Əhməddən dırnaqlarını tutan və saçlarını qırxan şəxs haqqında soruşdum. Həmin şəxs onu basdırmalı yoxsa atmalıdır?


İmam Əhməd dedi: Basdırmalıdır.


Muhənnə dedi: Bu haqda sənə bir xəbər gəlibmi?


İmam Əhməd dedi: İbn Ömər belə edərdi.


(Kəşşəful qinə:1/95)