İmam İbn Muflih əl-Hənbəli -rahiməhullah- əl-Furu adlı kitabında dedi:


ويحرم على الكل لبس ما فيه صورة حيوان 


Hər bir adama üzərində canlının şəkili olan paltarı geyinməsi haramdır.


İmam Musa əl-Həccəvi əl-Hənbəli -rahiməhullah- əl-İqna kitabında dedi:


يحرم على ذكر وأنثى لبس ما فيه صورة حيوان، وتعليقه، وستر الجدر به، وتصويره كبيرة حتى في ستر، وسقف، وحائط، وسرير ونحوها


Həm kişiyə, həm da qadına üzərində canlının surəti olan paltarı geyinməsi, onu (bəzək üçün) asması və onunla divarı örtməsi haramdır. Pərdədə, tavanda, divarda, çarpayıda və buna bənzər şeylərdə olsa da, canlını təsvir etmək böyük günahdır.


İmam Ruheybəni əl-Hənbəli -rahiməhullah- Mətalibu ulin nuhə kitabında dedi:


وحرم على ذكر وأنثى لبس ما فيه صورة حيوان


Həm kişiyə, həm də qadına üzərində canlının surəti olan paltarı geyinmək haramdır.


İmam Səffərini əl-Hənbəli -rahiməhullah- Ğizəul əlbəb kitabında dedi:


قال في الفروع ... قيل: لا يحرم، و ذكره ابن عقيل و شيخنا، انتهي يعني شيخ الإسلام، و المعتمد الحرمة


Furu kitabında dedi: Habelə haram olmadığı deyilib. Bunu İbn Aqil və şeyximiz qeyd edib. 

Səffərini dedi: Şeyximiz, yəni Şeyxul-İslamı qəsd edir. Məzhəbdə mötəməd olan isə haramlıqdır. 


Digər bir məsələ:


İmam Musa əl-Haccəvi -rahiməhullah- əl-İqna kitabında dedi:


و تكره الصلاة على ما فيه صورة، ولو على ما يداس، و السجود عليها أشد كراهة


Surəti olan şeyin üzərində, hətta ayaqlanan bir şey olsa belə, namaz qılmaq məkruhdur. Onun (yəni surətin) üzərinə səcdə etmək isə məkruhluq baxımından daha şiddətlidir.  


İstisna edilən məsələ:


İmam Mənsur əl-Buhuti -rahiməhullah- Kəşşəful qinə adlı şərhində dedi:


إلا افتراشه و جعله أي المصور مخدا فيجوز بلا كراهة، قال في الفروع: لأنه اتكأ على مخدة فيها صورة، رواه أحمد


Yerə sərib onu yəni surəti olan şeyi balış (mütəkkə) etməsi istisnadır və bunu etmək icazəlidir və məkruh deyil. Furu kitabında dedi: Çünki Allah Rəsulu -salləllahu aleyhi və səlləm- surəti olan mütəkkəyə söykəndi. Hədisi Əhməd rəvayət edib.


Xülasə: Bu məsələdən üç hökm ortaya çıxır:


1-Üzərində canlının surəti olan paltarı geyinmək, onu pərdə kimi asmaq və onu divarda və tavanda təsvir etmək haramdır.


2-Canlının surəti olan şeyin üzərində namaz qılmaq məkruhdur.


3-Canlının surəti olan şeyi palaz yaxud ayaqaltı yaxud mütəkkə kimi istifadə etmək icazəlidir. 


Məsələ: Surətin haramlığı və həmçinin mələklərin evə girməməsi, bütöv olan surəti şamil edir. Ancaq əgər surət yarılanmış bir surət olsa yaxud başsız surət olsa, bu halda hənbəli məzhəbinə görə həmin surət haram olan surət anlamına daxil deyil.


Aləuddin əl-Mərdavi -rahiməhullah- əl-İsnaf kitabında dedi:


لو أزيل من الصورة ما لا تبقى معه الحياة: زالت الكراهة ، على الصحيح من المذهب، نص عليه  


Əgər surətdən, ondan həyatı aparacaq şey izalə edilsə, bu zaman məzhəbdə səhih olan görüşə görə məkruhluq aradan qalxacaq. İmam Əhməd bunu açıq bildirdi.


Sözlərin izahı: Ondan həyatı aparacaq şey izalə edilsə deyildikdə, məsələn əgər bir canlının başı gövdəsindən qoparılsa bu zaman onun həyatda qalması mümkün deyil. Yaxud bir canlı yarı bölünsə onun həyatda qalması mümkünsüz olur. Eynilə də, əgər surətin başı qoparılsa bu zaman qadağa aradan qalxacaq. Onlar başsız surətin hökmünü, ağac və digər varlıqlar mislində etmişlər.